Emil Mpenza sevgilisini atıb! - YAZI

24.05.2011 | 6270 dəfə oxunub

Onun son klubu İsveçrədə "Syon" olub. Belçika millisinin heyətində 57 oyun keçiribrnvə 19 qol vurub. Azərbaycana qarşı da oynamış hücumçu "Şalke-04", "Hamburq" vərn"Mançester Siti" kimi klubların şərəfini qoruyub. Səkkiz ay öncə karyerasınırnölkəmizdə davam etdirəcəyi açıqlananda, yaxşı mənada təəccüblənmişdik. Hərrnhalda Premyer Liqada bu cür legioner meydana çıxmamışdı. Çoxlarının adınırneşitmiş, üzlərini isə görməmişdik. Gələn də yaryıoldan qayıtmışdı. OktayrnDərəlioğlu «Xəzər Lənkəran»lı oldu, tez də ayrıldı. Hakan Şükür, Sərgən Yalçın,rnHasan Şaş kimi Türkiyə futbolunun canlı əfsanələrinin transfer xəbərlərirndoğrulmadı. Onlar butsularını mıxdan asmağa hazırlaşdığı son illərdə dərnAzərbaycanın yolunu tutmadılar, pula dəyişmədilər.

rnrn

Pul yolçusu

rnrn

Emil Mpenza isə dəyişdi.rnQaradərili forvarda 3 Avropa ölkəsində qazandığı milyonlar bəs eləmədi.rnÖnümüzdə müqaviləsinin maddi dəyərini göstərən rəsmi sənəd yoxdur, istəsək dərn«Neftçi»dən bizə verməzlər. Bu da bir zərurətdir, çünki özlərinin də üzürngülmür. Afrika kökənli oyunçunun bakılılara 2 milyon avroya başa gəldiyirndeyilir ki, söylənilən məbləği də 3 il müddətinə alacaq. Yaşının 32-nirnkeçdiyini nəzərə alsaq, bu, futbolçu ömrünün akkordlarını vurmaq üzrə olanrnbirisi üçün fantastik rəqəmdir. 2008-ci ildən bəri iqtisadi böhranın ağuşunarnaldığı «Köhnə dünya» klubları bu qiyməti yalnız gənc ulduzlara verir, nəinkirnonun kimi «qocalar»a. Mpenzanı Bakı Hava Limanında təmtəraqla qarşılayıb,rnəlləri üstə komandanın bazasına gətirən «Neftçi» rəsmilərinin quru və ucuzrnreklam arxasınca qaçdığını sübut eləməyə cəhd göstərmirik. Sübut zatənrnortalıqdadır.

rnrn

138 gün «yatdı»

rnrn

Karyerasında növbətirnqolu 138 gün gözləməli oldu. Ölkəmizdə ilk qolunu Premyer Liqanın VIII turundarnAZAL-la oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilənrngörüşün 2-ci dəqiqəsində vuran  hücumçu 4rnaydır meydanı qolsuz tərk edirdi. Sonuncu dəfə İsveçrə çempionatında fərqlənənrnMpenza "Syon"da oynadığı zaman bunu bacarıb. Özü də həmin komandada çıxışınırnhet-triklə başa vurub. Bu, 2010-cu ilin mayın 16-da sonuncu turda "SentrnQallen"lə matçda (5:1) olub. Qarşılaşmanı əvəzedilmədən keçirən Emil39 dəqiqəyərn(16, 45 və 55-ci dəqiqələr) het-trik edib. İlk və son qolunu penaltirnzərbəsindən atmaqla.

rnrn

Ötən mövsüm bitəndənrnsonra "Syon"dan gedən belçikalı karyerasını "Neftçi"də davam etdirməyə qərarrnverdi, ancaq arxada qalan 7 turda heç cür qol vura bilməyib, yalnız "Simurq"larnyoldaşlıq görüşündə «oruc»a son qoymaqla, təsəlli tapıb. Nəhayət, AZAL-darngörüşdə tilsimi qıran qaradərili Elşən Poladovun qapısına yol tapmaqla, oyundarnyeganə qolun müəllifi oldu.

rnrn

Gücü ancaq AZAL-arnçatır

rnrn

Ötən mövsüm «Syon»darn32 matça 21 qol vuran Emil ölkəmizdə yalnız AZAL-a qol vurmaq üzrərnixtisaslaşıb. Buna kimi 6 dəfə fərqlənən hücumçu çempionatda ilk və son qolunurn"təyyarəçilər"in qapısından keçirib - aprelin 17-də (XXVII turda 2:1) ElşənrnPoladovu əsas heyətdən sıxışdıran Cahangir Həsənzadəni məyus etdi. Emil hər ikirndövrədə "Gəncə"nin (oktyabrın 23-də X turda evdə 6:2 və dekabrın 18-də XVIIIrnturda səfərdə 4:0) qapısına yol tapa bilib. O, daha 2 qolunu da «TofiqrnBəhramov» da - noyabrın 6-da "İnter"ə (XII turda 1:1) və dekabrın 23-dərn"Turan"a (XIX turda 2:0) vurub. Qış fasiləsində zədələnərək, cərrahiyyərnəməliyyatı olunan və nəticədə son təlim-məşq toplanışı buraxan Emil "altılıq"darnyaşıl meydana qayıtdı. O, "Neftçi"də növbəti qolunu 115 gün gözləməli oldu.rnMaraqlıdır ki, Mpenza yalnız Bahodir Nasimovun iştirak etmədiyi hər iki oyundarnonun yoxluğunu hiss etdirməyib. Digər maraqlı məqam odur ki, qollarınınrnyarısına komanda yoldaşı Rəşad Abdullayevlə birgə sevinib. Bu, Nasimovunrnoynamadığı və "Neftçi"nin "Gəncə"yə səfərdə böyük hesabla qalib gəldiyirnmatçlardır.

rnrn

«Neftçi»nirntanımırlar!

rnrn

Belçikada "Neftçi"nirntanımırlar. Bu Avropa ölkəsində futbolumuzun ən yaşlı təmsilçisi haqdarnxəbərsizdirlər. Azərbaycan və futbolumuz haqda tanıtma tipli yazı hazırlayanrnyerli həmkarlarımız həmin mətndə "Neftçi"dən xəbərləri olmamalarınırngöstəriblər. Belə ki, yığmalarının sabiq futbolçusu, artıq yaşı və səviyyəsirnmilliyə uyğun gəlməyən Mpenzanın da ölkəmizdə çıxış etməsini vurğulayıblar.rnLakin onlar hücumçunun çıxış etdiyi "Neftçi" haqda o qədər məlumatsızdırlar ki,rnkluba Rövnəq Abdullayevin rəhbərlik etdiyini iddia edirlər. Onların yazdığınarngörə, məhz AFFA prezidenti paytaxt təmsilçisində eyni postu tutur. Biz isərnoxucularımıza bildirək ki, belçikalıların tanımadığı klubun prezidenti SadıqrnSadıqovdur.

rnrn

Millidə üstündənrnxətt çəkiblər

rnrn

Əvvəlo Mpenzarnolmadığını, sürətli və texnikalı oyunundan əsər-əlamət qalmadığını öllkəsindərnçoxdan başa düşüblər. Baş məşqçi Jorj Leekens Azərbaycana gələn hücumçununrnüstündən birdəfəlik xətt çəkib. Yenə İsveçrədə olanda, arada milliyə dəvətrnalır, bəzi matçlarda forma geyinirdi. Artıq bunu da ona rəva görmürlər.rnAvro-2012-in seçmə mərhələsində Azərbaycanın rəqibi olan Belçikanın iyunun 3-dərnTürkiyə ilə evdə keçirəcəyi oyuna dəvət alan 24 futbolçu arasında «Neftçi»ninrnüzvünə yer tapılmayıb.

rnrn

«Mənə maraqrnitməkdədir»

rnrn

Leekens az-çox üzdərnolanların heç birini yaddan çıxarmasa da, «ağ-qara» düşərgədə yer alan köhnərntanışına ehtiyac duymayıb. Mpenzanın özü üçün də artıq yığma arxa plandadır:rn"Bilirəm ki, Belçikada mənə olan maraq itməkdədir. ələ İsveçrədə oynadığım vaxtrnyığmamızın sabiq baş məşqçisi Dik Advokat məni milliyə çağırdı. Lakin sonra ornbunu etmədi. Düşünürdüm ki, mənim üçün yığma karyera başa çatıb. Mən Advokatınrnrəhbərliyi altında 2 matça çıxdım. Əgər yığmanın, baş məşqçinin bundan sonrarnmənə ehtiyacı olarsa, buna çox sevinərəm. Hərçənd mən Azərbaycanda, Bakıdarnoynayıram və yığma əsas hədəfim deyil. Bilirdim ki, Advokat postunda qalacağırnhalda bir də məni çağırmayacaq. O ki qaldı indiki çalışdırıcı Leekensə, onunlarn"Muskron"dan yaxşı tanışıq. Lakin bu münasibətlərə görə yığmaya çağırılmağımırnistəmirəm. Özümün əleyhinə olar». Emil özü kimi gənc olmayan futbolçularınrnoynadığı yığmadan niyə kənar qaldığını araşdırmaq niyyətinə də düşüb:rn"Advokatın gedişindən sonra yığmaya çağırılmamağımın səbəbini araşdırmaq üçünrnBelçikaya gəldim. Lakin verilən cavab məni qane etmədi. Dedilər ki, komandadarngənclər oynayacaq. Lakin görürəm ki, yaşlılar da dəvət alır. Bu məni məyusrnetdi".

rnrn

«Böyük oyunlar»ın ənrnzəifi

rnrn

«Xəzər Lənkəran»larn«Böyük oyunlar» onun «qatar»ının çoxdan getməsi iddiasını «torba»dan çıxardı.rnLənkəranda 0:1 hesabıyla uduzduqları görüşün 90-cı dəqiqəsində meydana daxilrnolan belçikalı növbəti 5 qarşılaşmanın 3-də iştirak edib, 2-sini isə heçrnizləməyib. Prinsipial rəqiblə əbədi derbidə adını tabloya yazdırmağı bacarmadırnhalda, zədələr onu cənginə keçirib. Son turdan əvvəl Azərbaycandan gedənrn«diş»ini itirmiş hücumçu 3 həftədən tez qayıtmayacaq. O da müəmmalıdır ki, gerirndönənədək zədəsini sağaldacaq, yoxsa formasını bərpa eləmək üçün yenə tibbirnreablitasiya mərkəzlərinə təpik döyəcək. Arif Əsədov ondan Çempionlar Liqasındarnyararlanacaqlarını deyərək, təcrübəsinə arxalandıqlarını bildirib. Öz «aləm»indərnolan Emil çempionatın zəif iştirakçılarının müdafiə xəttini yarmağa çətinlikrnçəkirsə, maraqlıdır, baş məşqçi hansı əsasla ondan effekt gözləyir və ya umur?rnÇL-də «Simurq» kimilər olmayacaq hər halda.

rnrn

"Mpenza ilərnmünasibətlər onu sındırıb"

rnrn

Onun Əsədovla yolarngetməməsi, məşqlərdə sözlərinin çəp gəlməsi mətbuata sızıb. Ayrı-ayrı vaxtlardarnbu kimi xəbərlər işıq üzü görüb. Arif bəy müsahibələrinin birində «MirhüseynrnSeyidov Mpenza deyil ki, onunla aramızda anlaşılmazlıq yaransın» ifadəsinirnişlətməklə, əslində, belçikalı ilə münasibətlərinin mahiyyətinə özü də bilmədənrnişarə vurub. Demə, 19 yaşlı supermodel Ceyd Fore də Emilə görərnciddi problemlə üzləşib. Qarın nahiyəsində küt ağrılar olan gözəlçə Nyu-Yorkrnxəstəxanalarından birinə çatdırılıb. 7 ay birlikdə olan Mpenza və Forninrnmünasibətlərinə ötən aylarda son qoyub. Ceyd ötən qısa müddətdə "Çelsi"ninrnsuper ulduzu Didye Droqbanın da ağlını başından çıxarmışdı. Onun yaxınları isərnbu məsələdə "Neftçi"nin futbolçusunu ittiham edir. Modelin dostlarından birirnolan Patrik onun Foreyə çox əziyyət verdiyini açıqlayıb: "Onların çirkin sevgirnromanı Ceydə pis təsir etdi. Emil Mpenza ilə münasibətlər onu həm mənəvi, həmrndə fiziki cəhətdən sındırıb".

rnrn

Fotosessiyadan kənar qaldı

rnrn

Avro-2012-nin seçmə mərhələsinin Azərbaycanlarnoyunundakı qələbədən sonra Belçika futbol ictimaiyyətinin əhval-ruhiyyəsirnyüksəkdir.  4:1 hesablı qalibiyyətinrnməmnunluğunu yaşayan həmkarlarımız yığma tarixinin ilk "10-luğ"unu tərtibrnediblər. Daha doğrusu, ən çox oyun keçirən 10 oyunçudan ibarət fotosessiyarnhazırlayıblar. Yığmamıza qarşı forma geyənlərdən yalnız Timmi Simons orada yerrnalıb. O, 82-ci matçını keçirməklə, 5-ci pillədə qərarlaşıb. Fotosessiyadanrnkənarda qalanlar da unudulmayıb. "Onluğ"a ən yaxın olanlar, karyerasını davamrnetdirənlər arasında namizədlər və ən çox oynayan gənclərin də ayrı-ayrılıqdarnadları hallanıb. Hələ futbol oynayan və "onluğ"a yaxın olanlar arasında Danielrnvan Buyten və Uesli Sonkla yanaşı, Mpenza da var. "10-luq"da sonuncu olan MarkrnVilmots və Lorenso Stalens hərəyə 70 dəfə milli forma geyiniblər.

rnrn

2-ci evində yubiley

rnrn

Belçikanın məşhur "Karre" diskotekasında böyük şənlikrntəşkil edilib. Tədbir əyləncə mərkəzinin 20 illik yubileyinə həsr olunub. Burndiskotekanın daha çox məşhur simaların sevimli məkanı olması üzündən Belçikarnmətbuatı da yubileyə biganə qalmayıb. Həmkarlarımız 20 yaşlı yubilyara xüsusirnyazılar da həsr edib. Bu məkana əsasən tanınmış futbolçular və modellərinrntəşrif buyurduğunu vurğulayan belçikalılar Mpenza və onun keçmiş sevgilisi CeydrnForeni də unutmayıb: Yığmanın sabiq oyunçusunun 2-ci evi məhz bu diskotekadır.rn"Çelsi"nin hücumçusu Didye Droqba Londondan bura Emilin keçmiş sevgilisirnForenin ad gününü qeyd etməyə gəlib.

rnrn

Xeyriyyə yürüşündə

rnrn

Dünən Belçikadarnrevmatizm xəstəliyinə qarşı mübarizə aksiyası keçirilib. Xeyriyyə tədbiri Gentrnvə Oudenaard şəhərləri arasında velosiped yürüşündən ibarət olub. Gentdə startrngötürən yürüşə qatılmaq haqqı cəmi 5 avrodur. Bunun qarşılığında iştirakçılararnpulsuz idman geyimi və sərinləşdirici içki verilib. 10 mindən artıq həvəskarınrnyürüşündə Belçika yığmasının sabiq futbolçularından Vital Borkelmans və Mpenzarnqardaşları da qatılıblar. Onların hər biri velosipedə sevgisi ilə tanınır.rnEmil, düz edirsən, sabah da «Neftçi»dən pensiyaya çıxarsan!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail