Tuyqun Nadirov: «Avrokuboklarda da ciddi nəticə qazanmağı düşünürük»

25.05.2011 | 4782 dəfə oxunub

"Çox yüksək təəssüratlara malikik. Həqiqətən də, bizim üçün sevincli günlərdən biridir". Bu sözləri Stadium.Az saytına açıqlamasında "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.


NBC Bank Azərbaycan kubokunun finalında "İnter"lə qarşılaşan "Xəzər Lənkəran" penaltilər seriyasında rəqibini üstələyərək, ölkə kubokuna sahib çıxıb. Bununla, rumıniyalı baş məşqçi Mirça Rednik debüt ilindəcə mövsümü titulla başa vurmağa nail oldu. 

Kubokun sahibi kimi Avropa Liqasında ölkəmizi təmsil edəcək cənub təmsilçisi mübarizəyə ikinci pillədən start verəcək. Final matçı haqda danışarkən Nadirov bildirib ki, azarkeşlərin futbol bayramının şahidi oldular: "Azarkeşlərə sevinc və gözəl futbol bəxş etdik. Əsl futbol bayramı yaşandı. Düzdür, penaltilər şansdır, ancaq o şansa qədər irəliləmək gərəkdir".

Təmsil etdiyi klubun mövsümü əla keçirdiyi deyən Nadirov qazanılan nəticələri yüksək qiymətləndirib: "Premyer Liqanı ikinci pillədə başa vurduq, ölkə kubokunu qazandıq. Fikrimcə, komandamız əla mövsüm keçirdi. Avropa Liqasında Azərbaycanı daha yaxşı təmsil edəcəyimizə inanıram".

Sonda vitse-prezident mövsümlərarası fasilə zamanı komandanı gücləndirmək məqsədi ilə bir neçə futbolçunu heyətə cəlb edəcəklərini bildirib: "Yeni transferlər olacaq. Biz avrokuboklarda da ciddi nəticə qazanmağı düşünürük".



  #2   Adınız: Nicat Salmanov;   E-mail: ---

26.05.2011 12:28

Xəzər Lənkəran Azərbaycanın fəxridir.

  #1   Adınız: Aqa;   E-mail: [email protected]

25.05.2011 21:23

Siz hacan düz emelli cixiş elemisiz ki. indide eliyesiz?! Xezer Lenkeran qazdır

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail