Əsgər Abdullayevin işsiz günlərinə son!

Baş məşqçi bundan sonra “Turan” klubunu çalışdıracaq.

25.05.2011 | 6889 dəfə oxunub

Tovuzun "Turan" futbol klubuna yeni baş məşqçi təyin edilib. Stadium.az xəbər verir ki, "Turan" futbol klubunun rəhbərliyi baş məşqçi Əsgər Abdullayevlə razılığa gəlib.

"Turan" PFK-nın prezidenti Musa Süleymanovla tanınmış mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub. Baş məşqçi ilə bir illik müqavilə imzalanıb. Vaxtilə millimizi çalışdırmış Əsgər Abdullayev "Bakı", AZAL, "Şəfa" kimi iddialı komandalara da başçılıq edib. 

"Turan" yaxın günlərdə növbəti mövsümün planları haqda mətbuata ətraflı məlumat vermək haqqında düşünür.

Elmar ƏLİZADƏ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail