Mahir Məmmədovu hakimlikdən "sildilər"

11.12.2010 | 3695 dəfə oxunub

AFFA-nın hakimlər Komitəsinin iclası keçirilib. Komitə gənc hakim Mahir Məmmədovun məsələsinə baxıb. U-13 Liqasında keçirilmiş "Sərhədçi" - "Güc Birliyi" komandalarının oyununa təyinat alan ədalət təmsilçisinin matça gecikməsi müzakirə olunub. Hakimlər Komitəsi Nizam-İntizam Kodeksinin 1.5 maddəsinə əsasən, Məmmədov mövsümün sonuna qədər AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda hakimlikdən kənarlaşdırılıb. Belə ki, noyabrın 28-də "Sərhədçi" - "Güc Birliyi" arasında keçirilən görüşü (0:0) iki hakim idarə edib (!). İlk olaraq, görüşün baş hakimi oyuna gəlməyib və məcburiyyət qarşısında qalan referinin köməkçisi meydana çıxıb. Artıq iki hakimlə idarəçiliyin çətinliyini anlayan köməkçinin qərarları kənardan azarkeşlik edənlərin də etirazına səbəb olub. Çox vaxt oyundan kənar vəziyyətləri qeydə almayan referi görüşdə hesabın açılmamasına da öz təsirini göstərib. Bu hadisəni açıb ağartmaq istəməyən hakimlər Komitəsinin qərarının nə olacağı maraqla gözlənilir. Çox güman ki, yenə hakimlər Xəqani Məmmədova arxayın olublar və oyunu belə idarə etməkdə meydana təşrif buyurmağı özlərinə rəva görüblər. hK-nın olayın mətbuata çıxmayanadək, bu barədə məlumat yaymaması isə onların işlərinin ört-bastır edilməsi anlamına gəlir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail