Foqts Almaniya və Qazaxıstan üçün heyəti açıqladı

28.05.2011 | 7112 dəfə oxunub

AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Astana şəhərində Qazaxıstan, iyunun 7-də isə Bakıda Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, Berti Foqts əsas komandamızın düşərgəsinə 23 futbolçu dəvət edib.
 
Maraq üçün qeyd edək ki, Foqts demək olar ki, son toplanışda xidmətində olan bütün futbolçuları komandada saxlayıb. O, yalnız "Neftçi"nin gənc yarımmüdafiəçiləri Araz Abdullayevlə Amit Quluzadəni U-21-in Moldova ilə oyununa buraxıb.
 
Onlardan öncə isə AZAL-ın müdafiəçisi Usim Nduka, yarımmüdafiəçisi Aqil Nəbiyev, "Bakı"nın arxa xətt oyunçusu Cəmşid Məhərrəmov, eləcə də "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov heyətdən kənarlaşdırılmışdı. 
 
Qapıçılar: Fərhad Vəliyev (Qarabağ), Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Abşeron);
 
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi "Qarabağ"), Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov (hamısı "Neftçi"), Vurğun Hüseynov (Turan), Saşa Yunisoğlu (Qəbələ), Vladimir Levin (İnter), Elnur Allahverdiyev (Xəzər Lənkəran);
 
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi "Qarabağ"), Cavid Hüseynov (Neftçi), Arif İsayev (Qəbələ), Aleksandr Çertoqanov (İnter), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran);
 
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi "Qarabağ"), Vaqif Cavadov (Bakı), Murad Hüseynov (Qəbələ).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail