"Qarabağ"ın ən yaxşı qış transferi müəyyənləşdi

30.05.2011 | 4565 dəfə oxunub

“Qarabağ”ın rəsmi saytında qış transferləriylə bağlı sorğu keçirilib. Stadium.az xəbər verir ki, qış fasiləsinə 5-ci pillədə yollanan komanda qışda 4 transferlə sıralarını genişləndirmişdi.
 
Qışdan sonra baş tutan 15 görüşdə komanda sürət yığaraq sonda mövsümü 3-cü sırada tamamladı. Sorğuda isə 4 transferlərə bağlı izləyicilərin münasibəti soruşulmuşdu. Əslində, sorğu futbolçulardan gözlənilənlərlə bağlı olsa da, sorğunun müddətini uzatmaqla eyni zamanda yeni transferlərin qymətləndirilməsinə şərait yaradılıb.
 
Sorğuda mindən çox səsverənin yarısından çoxu Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun geri dönüşündən razı qalıb. 29 yaşlı müdafiəçi 762 səs və ya 59,5 faizlə sorğunun qalibi olub. 2-ci pillədə isə qapıda inamlı oyunu ilə xoş təsir bağışlayan Bojan Pavloviç yer alıb. 22,2 faiz səs toplayan serbi daha bir legioner Nderim Nedzipi izləyir. Orta xətt oyunuçusundan sonra isə İlqar Qurbanov qərarlaşıb.
 
Sorğunun nəticələri
Rəşad Sadıqov - 762 səs (59.5%)
Bojan Pavloviç - 285 səs (22.2%)
Nderim Nedzipi - 136 səs (10.6%)
İlqar Qurbanov - 97 səs (7.57%)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail