Zaur Tağızadə «Neftçi»ni özündən çıxartdı

31.05.2011 | 10355 dəfə oxunub

rnrn

Zaur Tağızadənin «Neftçini «Qarabağ»a dəyişməsi, deyəsən, keçmiş klubunu yaman yandırıb. «Qızıl oğlan»ın gedişinin narazılıqdan doğduğunu etiraf etmək istəməsələr də, hər halda o, gedişinin konkret səbəblərlə bağlılığını gizlətməyib. Keçən yay futbolçu karyerasını 32 yaşında bitirməyə sövq edilən Tağızadə Ağdam klubunu seçməsində incikliyin də rol aldığını dilə gətirib: «Qurban Qurbanov mənimlə əlaqə saxladı və öz komandasında çalışmağımı istədiyini bildirdi. Ondan sonra "Qarabağ" rəhbərliyi ilə görüşdüm və şərtləri konkretləşdirdim və çox düşünməyə ehtiyac qalmadı. "Neftçi"nin əvəzedici komandasında çalışmaq istəmirdim? Təbii ki, hər bir futbol adamı kimi gücümü Premyer Liqada sınamaq istədim. Mənə ötən mövsümün əvvəlində "Neftçi"nin əsas komandasında çalışmaq təklif olunmuşdu. Lakin mən orda çalışmaq istəmədim. "Neftçi"də bəzi adamlar var ki, onlarla birgə işləmək istəmirdim. "Xəzər Lənkəran"la oyundan öncə mənim üçün vida matçı təşkil olunması ilə bağlı təklif verilmişdi? Bu haqda heç nə eşitməmişəm. Mən ümumiyyətlə son günlərdə ölkə ərazisində deyildim. Hər ehtimala qarşı müəyyən nüanslar var ki, onları etmək istəmirəm. Hazırkı "Qarabağ"a dərhal nəsə deyə bilmərəm ki, nə verə bilərəm? Zaman göstərəcək. Hər halda bura zaman keçirmək üçün gəlməmişəm. İşləməli və inkişaf etməliyəm. Mən həm komandanın məşqçilər korpusunda yer alacam, həm də seleksiyaçı-məşqçi kimi çalışacam. Lakin hələlik baş məşqçi ilə daha ətraflı söhbət edib, onun arzularını eşitməmişəm. İki ardıcıl mövsümdür ki, "Qarabağ" Avropa Liqasında uğurla çıxış edib. Bu dəfə isə daha böyük uğur gözlənilir. Yəni artıq bu turnirin qrup mərhələsinə vəsiqə qazanmalıyıq.Mən də öz növbəmdə qarşıya qoyulan bu məqsədə çatmaq üçün əlimdən gələni edəcəm».

rnrn

Zaurun «bir-iki adam» söhbəti "Neftçi"nin İctimaiyyət və Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlunu qıcıqlandırıb. Klubda hamının yerinə danışmasına adət edən Elnur «o, açıqlamalarında bir qədər diqqətli olmalıdır» deyib. Tərəflərin heç biri bu addıma konkret toxunmasa da, bilirik ki, Tağızadənin əsas narazılığı İqor Getman və icraçı direktor Mübariz Xudiyevdəndir. Əvəzedici heyətin baş məşqçisi ilə arasındakı fikir ayrılığına birtəhər dözən millinin keçmiş üzvünə Xudiyevin hərəkəti «ləzzət eləməyib». Deyilənə görə, məşqlərin birində məşqçi korpusuna yaxınlaşan Mübariz bəy «mənə yazın verin görüm, oyunlara hansı taktiki sxemlə çıxırsız» deyib. İcraçı direktorun belə danışmasından karıxan Tağızadə hazırlıq prosesini yarımçıq tərk edib və ondan sonra bir də düşərgəyə gəlməyib. Sadıq Sadıqovun zənglərinə cavab verməyən Zaur bu günlərdə klubda digər vəzifələrdən birinə keçmək təklifini də geri çevirib. Bir məsələ də var ki, o, "Neftçi"nin simvolu hesab olunur. Hətta klubun avtobusunun üzərində də məhz onun şəkili var və bunun aqibəti necə olacaq? Həmin şəkili avtobusun üzərində saxlayacaq, yoxsa götürəcəklər? Elnurun açıqlamasından bunu başa düşmək olar ki, rəhbərlik bu hərəkəti ona bağışlamayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail