«İnter»də böyük partlayış!

31.05.2011 | 4830 dəfə oxunub

rnrn

Kubokun final oyunundan sonra istirahətə buraxılan "İnter" iyunun 20-də bir araya gələcək. Yeni mövsümə hazırlıqlar çərçivəsində "bankirlər" ilk təlim-məşq toplanışını Türkiyədə keçirməyi planlaşdırır. İyunun 23-dən iyulun 11-dək davam edəcək ilk toplanışın başa çatmasından sonrarnkomanda qısamüddətli istirahətə yollanacaq. İyulun 16-dan 30-dək ikinci təlim-məşq toplanışının təşkili nəzərdə tutulur. Lakin hazırlığın keçiriləcəyi yer hələlik məlum deyil.

rnrn

Mövsümü titulsuz başa vurmaları Cahangir Hacıyevin əhvalını korlayıb. Fəxri prezident «Birlik Kuboku»ndan qalib qayıdan komandasının ölkə çempionluğu titulunu itirməsinin ardınca, kubokdan da əlini üzməsini həzm edə bilmir. Yayda avrokuboklara qatılmamanın məyusluğunu yaşayan baş sponsor bəzi radikalar qərarlar almaqdadır. «Xəzər Lənkəran»a uduzduqlarına görə komandanın rəsmiləri və futbolçuları ilə sağollaşmadan stadiondan gedən Hacıyev islahatları qaldığı nöqtədən davam etdirməyə hazırlaşır. Kaxaber Sxadadzeni baş məşqçi postundan göndərmək istəməyən Cahangir bəyin Georgi Nikolovdan üz çevirdiyi deyilir. Beş il əvvəl prezident təyin etdirdiyi bolqarın bu uğursuzluqda «payı» araşdırılır. Klubda Nikolovdan narazıların sayının artıması barədə informasiyalar, görünür, ona da çatıb. Keçmiş tennisçiyə soyuq yanaşmasaydı, yəqin ki, neçə gündür onunla görüşdən imtina etməsi ilə bağlı xəbərlər də mətbuata sızmazdı. Mövsümün sonu olduğundan, Nikolovla müqavilənin yenilənməsi uzanır və istisna deyil ki, belə hal, yəni, əməkdaşlığa nöqtə qoyulsun.

rnrn

Sxadadzenin də prezidentlə çalışmaqdan məmnunluq duymadığı bəllidir. Bolqarın baş məşqçinin komanda daxili məsələlərə qarışması gürcü mütəxəssisin xoşuna gəlmir. Xüsusən də, hər udulan oyuna görə futbolçulara çatası mükafat sisteminin ləğvi qıcıq yaradıb. Kaxanın özünə görə müəyyənləşdirdiyi «qara siyahı» da artıq bizə məlumdur. Maliyyə vəziyyətinin qeyri-qənaətbəxşliyi düşərgədən ayrılmaq istəyən oyunçuların sayını istər-istəməz artırır. Gürcüstanlı müdafiəçi Kaxaber Mjavanadzernvə makedoniyalı yarımmüdafiəçi Filip Despotovskidən imtina edilib. Paytaxt təmsilçisinin çoxsaylı legionerlərindən yalnız bu ikisinin müqaviləsinin müddəti bitib və rəhbərlik onlarla anlaşmanın müddətini uzatmaqrnfikrində deyil. Ötən il "İnter"in heyətində çempion olanrnMjavanadze keçən mövsümdə əsas heyətdə yerini itirdi.rnUzun müddət zədə üzündən oynamayanrncinah müdafiəçisi sağaldıqdan sonra meydana daha çox əvəzetmədən meydana çıxırdı. Despotovski isə Mjavanadzedən fərqli, indi də milli komandasına çağırılır. Ancaq ötən yay "transfer pəncərəsi"nin sonunda komandaya dəvət edilən Filip ümidləri doğrultmadı. Əsas heyətdə möhkəmlənə bilməyən makedoniyalı bolqar yarımmüdafiəçi PetarrnZlatinov zədə üzündən kənarda qalanda start "11-liy"ində yer alırdı. "Xəzər Lənkəran"la kubokun finalında ilk dəqiqələrdən meydana çıxanrnDespotovskinin bir neçə dəfə buraxdığı səhv gürcü baş məşqçinin narazılığına səbəb oldu və sonda futbolçunu əvəzlədi. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Despotovski kuboku da nəzərə alsaq, "İnter"də 14 oyunda keçirdi və 1 qol vurdu.rnVaxtilə Moskvarn"Spartak"ında oynamış Mjavanadze isə kubokla birgə 20 görüş keçirib.
rn"İnter"də gedişi ən çox müzakirə olunan litvalı Robertas Poşkusdur. Təcrübəli hücumçu ötən il komandanın bombardiri kimi çempionluqda böyük əməyi olsa da, başa çatan mövsümdə kölgədə qaldı. Poşkus qış fasiləsində ailə problemləri üzündən "Birlikrnkuboku"da gəlmədikdən sonra gedişi gündəmdə idi. Ancaqrnonda bir müddət əvəzedicilərə göndərilən Robertasrnsonradan əsas komandayarnqaytarıldı. Poşkus "İnter"in əsas heyətində də meydana çıxsa da, məhsuldarlığından əsər-əlamət qalmamışdı və ən əsası, latviyalı həmkarı Girts Karlsonun kölgəsində qaldı. Təsadüfi deyil ki, məhz Karlson finalın əlavə vaxtında meydana çıxaraq, hesabı bərabərləşdirdi, oyunrnsonrası penaltini də dəqiq yerinə yetirdi. Ancaq Robertasın hələ klubla 2 illik müqaviləsinin olması problemdir. Çünki transferə çıxarılarsa belə, anlaşmaya görə ona böyük məbləğ ödəməlidir ki, bu darn"İnter"ə sərf etmir. Ötən mövsüm kubokla birgə 32 oyunda 5 qol vuran baltikalının sözləşməsi 200 min dollarlıqdır. 2004-cü ildən «bankirlər»ə xidmət edən Vladimir Levin, habelə son 2 sezon burada keçirən Aleksandr Çertoqanov da klubu dəyişmək niyyətindədir. Milliləşdirilərək əvvəlcə U-21-ə çağırılan, daha sonra Berti Foqtsun gözünə girən Levina elitanın digər təmsilçilərindən sərfəli təkliflər gəlib. Ukraynalı müdafiəçi «İnter»dən aldığından iki dəfə artıq şərtlər altında keçidə razılıq vermək istəyir. Çertoqanova gəlincə, o da qazandığı pulun azlığından şikayətcildir. Müqaviləni uzatmaq barədə rəsmilərin çağırışlarına qulaq asmayan Saşa «Qəbələ»yə üz tutmaq niyyətindədir. Baxmayaraq ki, Sxadadze dayaq yarımmüdafiəçisini saxlamaq üçün bütün təsir vasitələrini işə salıb. Petar Zlatinov, Dmitri Kramarenko, Bronislav Çervenko, Girts Karlsons, Daniel Genov, Valeri Abramidze və Dmitri Kruqlov da yuxarıda sadaladığımız səbəblərdən «İnter»ə «əlvida» deməyə fürsət axtarır. Oğlu Baçananı yanında bəsləyən Sxadadze həmyerlisi İlia Kandelakinin də transferə çıxarılmasını istəyib.

"Sport Favorit" qəzeti


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail