Millimiz Lənkəranda qələbə qazandı

01.06.2011 | 4502 dəfə oxunub

Bu gün Lənkəranda Azərbaycan və Moldovanın gənclərdən ibarət yığmaları (U-21) arasında yoldaşlıq oyunu keçirilib. Stadium.az xəbər verir ki, qarşılaşma hər iki komanda üçün AVRO-2013-ün seçmə mərhələsinə hazırlıq məqsədi daşıyırdı.


Maraq uçun xatırladaq ki, AÇ-2013-ün seçmə mərhələsində millimizin qrupunda İngiltərə, İslandiya, Norveç və Belçika yığmaları yer alır.

Qeyd edək ki, Azərbaycan və Moldova yığmaları arasındakı görüş Lənkəran şəhər stadionunda keçirilirdi. Stadiona giriş isə pulsus idi. Məhz bu üzdən komandamızı dəstəkləmək üçün arenaya xeyli sayda fanat təşrif buyurmuşdu. Məhz bu dəstəyin məntiqi nəticəsi kimi komandamız rəqibini minimal hesabla məğlub etdi.

Baş məşqçi Bernard Lippert bu oyun üçün aşağıdakı futbolçuları milliyə çağırmışdı:

Andrey Popoviç, Osman Umarov, Kamil Nurəhmədov, Eşqin Quliyev, Orxan Həsənov (hamısı “Abşeron”), İvan Vasilyev (Karvan), Mirzağa Hüseynpur (Mitos, Rusiya), Qara Qarayev (Qarabağ), Novruz Məmmədov, Sergey Çernışev (hər ikisi “Muğan”), Şəhriyar Xəlilov (Xəzər Lənkaran), Tərlan Quliyev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Araz Abdullayev, Amit Quluzadə (hamısı “Neftçi”), Cihan Özkara, Bahəddin Köşə (hər ikisi “Ahlen, Almaniya), Engin Əkrəm (Borussia, Münhenqladbax, Almaniya), Ufuk Budak (Frayburq, Almaniya), Əli Göydəmir (Hannover, Almaniya).

Yoldaşlıq oyunu
31 may

Azərbaycan - Moldova - 1:0 (0:0)
Qol: M.Seyidov, 47 (1:0).
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Orxan Məmmədov.

AZƏRBAYCAN: Andrey Popoviç, Qara Qarayev, Tərlan Quliyev, Novruz Məmmədov, Ufuk Budak, Mirhüseyn Seyidov (k), Araz Abdullayev, Tural İsgəndərov, Amit Quluzadə, Cihan Özkara, Cavid İmamverdiyev.
MOLDOVA: Denis Rusu (K), Аleksadr Skripçenko, Sandu Ojoq, İon Yordan, Konstantin Mandriçenko, Vadim Kostandaki, Tudor Starçuk, Radu Qinsari, Maksim Xovanski, Sergey Dyulger, Mixail Paseçnyuk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail