“Xəzər Lənkəran” azarkeşləri qarşısında üzr istəmək istərdim”

01.06.2011 | 4023 dəfə oxunub


Bu gün Lənkəran şəhər mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert matçla bağlı fikirlərini bildirib. Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis minimal hesablı qələbə ilə bağlı bunları dilə gətirib:

“Maraqlı oyunun şahidi olduq. Həm çoxlu qol epizodu yaratdıq, həm də kombinasiyalar qurduq. Rəqibimizin güclü olmasına baxmayaraq, son 15 dəqiqə istisna olmaqla, yaxşı oynadıq. Orxan Həsənov oyuna girdikdən sonra, irəli daha çox cıxdıq. Qara Qarayevin də oyununu qeyd etmək istərdim. O, yaxşı təsir bağışladı. Bir topa görə, yeni futbolçular haqda nəsə demək istəmirəm. Seleksiya işlərini bundan sonra da davam etdirəcəyik. Həmçinin Şəhriyar Rəhimovu meydana buraxmadığımız üçün “Xəzər Lənkəran” azarkeşləri qarşısında üzr istəmək istərdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail