3 tilsimi birdən «sındıran» qol

Və ya 1161 gün sonra gələn uğur

13.12.2010 | 3435 dəfə oxunub

«Qarabağ» «Simurq»u məğlub edərək çempionatda ardıcıl 2-ci maçdan da qələbəylə ayrıldı. Təbii ki, zaqatalılarla oyun bir sıra cəhətlərinə görə yadda qaldı. Ən əsası Aftandil Hacıyevin vurduğu qol düz 3 «tilsim»in sındırılması ilə əlamətdar oldu. 
1. «Qarabağ» ilk dəfə səfər meydanında «Simurq»a qol vurdu. İndiyə kimi keçirilmiş 4 oyunun  3-ündə ağdamlılar quru hesabla məğlub olmuş, bir oyundan isə qol səsi çıxmamışdı. 2006-07 mövsümündə  Qaxda baş tutan ilk oyunda «Simurq» 3:0 hesabıyla qələbə qazanmışdı. 2007-08 mövsümünün ilk turunda isə komanda yenə Qaxda məğlub olmuşdü - 1:0. 2008-09 mövsümündə isə bu dəfə Zaqatalada qarşılaşan komandaların oyununda hesab açılmayıb. Ötən mövsüm yenə də Zaqatalada baş tutan oyunda ev sahibləri 1:0 hesabıyla qələbə qazanmışdılar. Göründüyü kimi Aftandil Hacıyev «Simurq»a səfərdə qol vuran ilk «Qarabağ»lı kimi tarixə düşdü. 
2. Aftandil Hacıyevin vurduğu bu qol eyni zamanda «Qarabağ»ın səfərdə «Simurq»u ilk dəfə məğlub etməsiylə müşayət olundu. Ümumiyyətlə, ağdamlılar cari mövsümə qədər «Simurq»la keçirilən 8 oyunda qələbə qazana bilməmişdi. Cari mövsümün ilk yarısında Tofiq Bəhramov adına respublika stadionunda baş tutan qarşılaşmada «Qarabağ» 3:2 hesablıyla Zaqatala təmsilçisini ilk dəfə məğlub etməyi bacarmışdı.
3. «Qarabağ» «Simurq»a qalib gəlməkə Əfqan Həmzəyevin idarə etdiyi oyunlardakı uğursuz seriyaya son qoydu. Komandama sonuncu dəfə 6-sı oktyabr 2007-ci il tarixində Həmzəyevin baş hakim olduğu oyunda qalib gəlmişdi. Qeyd olunan tarixdə Ağdam klubu «Qəbələ»ni səfərdə 2:1 hesabıyla məğlub etmişdi. Başqa  sözlə, 3 il 2 ay və ya 1161 gün sonra Həmzəyevin idarə etdiyi oyunda «Qarabağ» qələbəyə sevindi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail