"Qəbələ" 5 almağa doğru

08.11.2013 | 4234 dəfə oxunub

“Qəbələ” Topaz Premyer Liqasının XIII turunda noyabrın 10-da “Xəzər Lənkəran”la qarşılaşacaq. Stadium.az  lubun saytına istinadən verdiyi məlumata görə, ötən tur səfərdə “Qarabağ”la görüşən Yuri Syominin futbolçuları ardıcıl 2-ci dəfə rəqib meydanına çıxacaq. “Qırmızı-qaralar” Lənkəran səfərində uğurlu seriyasnı davam etdirməyə çalışacaq.

Belə ki, “Qəbələ” “ağ-yaşıllar”la son 4 görüşdə uduzmayıb. Sonuncu dəfə 19 ay əvvəl – 2012-ci ilin aprelində “Xəzər Lənkəran”a yenilən “Qəbələ” bundan sonra 2 qələbə qazanıb və 2 bərabərliklə kifayətlənib. Uğurlu seriyasını 5-ə çatdırmaq istəyən Syominin komandası Lənkərandakı son 2 görüşdən qollu heç-heçə ilə qayıdıb. Evdəki matçlarda isə qələbələri sıralayan komanda ardıcıl 3-cü dəfə 3 xal qazanmaq əzmindədir.

Ümumilikdə isə 22-ci duelədək “Qəbələ” rəqibini 5 dəfə məğlub edib və 5 görüşdə 1 xalla kifayətlənib. 11 yenilgisi olan “qırmızı-qaralar” 19 top vurub və 31-ni buraxıb. 20-ci qolun astanasında olan komandanın ən məhsuldar futbolçusu Yannik Kamanan cənubluları 3 dəfə məyus edib. Lyuba Baranin və Turnike Aptsiauri hərəyə 2 dəfə “Xəzər Lənkəran”ın qapısına qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail