Rəşad Abdullayev "Bakı"ya qayıdır?

09.11.2013 | 4091 dəfə oxunub

Dünən keçirilən “Rəvan” – “Sumqayıt” oyunu 1:1 hesabıyla başa çatdı. Stadium.az xəbər verir ki, qarşılaşma barədə “Rəvan”ın yarımmüdafiəçisi Rəşad Abdullayev əməkdaşımıza açıqlama verib. Rəşad əvvəlcə oyun barədə danışıb: “Oyunumuz həqiqətən alınmadı. Bilmirəm niyə, amma problemlər yaşadıq. Məndə baş məşqçimizlə razıyam ki, son 4 oyunda ən zəif çıxışımız məhz bu qarşılaşma oldu. Baxmayaraq ki, meydana ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Hesabı açsaq da, ilk yarının sonuncu dəqiqəsində qol buraxmağımız psixoloji cəhətdən komandaya pis təsir etdi”.

Abdullayev “Rəvan”da qalmaq isdəyirsən, yoxsa “Bakı”ya qayıtmaq niyyətin var sualına isə belə cavab verib: “Düzdür, mən həmişə iddialı klublarda oynamışam. Amma indi “Rəvan”ın uğurları üçün çalışıram. Hələ deyə bilmərəm ki, “Bakı”ya qayıdacam, yoxsa “Rəvan”da qalacam”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail