"Qəbələ" "İnter"in iki futbolçusunu aldı

09.06.2011 | 3940 dəfə oxunub

İnter” daha bir futbolçu ilə yollarını ayırıb. Stadium.az xəbər verir ki, paytaxt klubu millimizin də şərəfini qoruyan yarımmüdafiəçi Aleksandr Çertoganovla vidalaşıb.
 
Belə ki, Çertoqanovun klubla imzalanmış müqaviləsinin müddəti başa çatdığından, qarşılıqlı razılıq əsasında yeni sözləşmə bağlamamaq barədə qərar qəbul olunub.
 
Artıq Çertoqanovun yeni klubu da məlumdu. Belə ki, futbolçu "Qəbələ" ilə anlaşıb. Tərəflər bu gün iki illik rəsmi müqaviləyə də imza atıblar. Maraqlıdı ki, Qəbələ klubu “İnter”in daha bir futbolçusu – Rövşən Əmiraslanovla da müqavilə bağlayıb. Lakin hələlik bakılılar gənc hücumçu ilə yollarını ayırdıqlarına dair rəsmi məlumat yaymaq istəmirlər.
 
Maraq üçün onu da əlavə edək ki, Əmiraslanovdan öncə “İnter” daha 11 futbolçu ilə - David Odikadze, Filip Despotovski, Kaxaber Mjavanadze, Tofiq Mikayılov, Səbuhi İsmayılov, Camal Məmmədov, Nizami Hacıyev, Jivko Jelev, Mario Souza, Bronislav Çervenka və Danildo Assioliylə də yollarını ayırmışdı.

“Qəbələ” isə Mahir Şükürov (Anji, Rusiya), Vurğun Hüseynov (Turan) və Daniel Lopes Kruzdan sonra (Naval, Portuqaliya) növbəti transferlərini gerçəkləşdirmiş oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail