Toni Adams həmyerlilərinə Azərbaycanı təriflədi

10.06.2011 | 4303 dəfə oxunub

“Qəbələ”nin ingiltərəli baş məşqçisi Toni Adams ölkəsindən olan jurnalistlərə bir sıra maraqlı açıqlamalar verib. Stadium.az xəbər verir ki, bölgə təmsilçisinin çalışdırıcısı hazırda İngiltərəyə qayıtmaqda elə də maraqlı deyil:

“İndi İngiltərəyə qayıdıb, orda çalışmaq fikrim yoxdu. Bura gələrkən “Arcenal” – “Manchester City” matçını izlədim. Yenidən bu həyəcanı yaşamaq, həmin atmosferi hiss etmək çox gözəl idi. Bilirəm ki, evdə çalışmaq hər bir mütəxəssis kimi mənim üçün də yaxşı olar. Amma mənim hazırkı iş yerim xoşuma gəlir. Hesab etmirəm ki, Azərbaycandakı işimi atıb, bura gəlməyimə ehtiyac var”.

“Təxminən bir aydı vətənimdəyəm. Ailəm və dostlarım üçün çox darıxmışdım. "Qəbələ"dəki işlərim də yaxşı gedir. Son mövsüm komanda ilə uğur qazana bilmədim. Lakin gələn mövsüm çempion olmaqla Çempionlar Liqasında çıxış etmək istəyirik. Təsnifat mərhələsində "Arsenal"la da qarşılaşa bilərdik. Ancaq onlar mübarizəyə pley-off mərhələsindən qoşulacaqları üçün bu, bir qədər inandırıcı görünmür" – deyə, Adams qeyd edib.
 
İngilis mütəxəssis jurnalistlərin Berti Foqtsa aftafa və tualet kağızı təqdim etməsindən də danışıb:
"Qəbələdə mənim hər şeyim var. Orada olan gözəl gülləri iyləməkdən də həzz alıram. Ümumiyyətlə Azərbaycanda həyat çox maraqlıdı. Orada küçədən inəyin keçməsi də böyük maraq doğurur. Azərbaycanlılar çox emosionaldı. Elə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransında üzləşdiyi aqibət də bunun əyani göstəricisidi. Ancaq mən bu barədə danışmaq istəmirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail