AZAL Avroliqaya ciddi itkilərlə hazırlaşır

11.06.2011 | 4070 dəfə oxunub

Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək AZAL hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, iyun ayının 5-də Bakıda bir araya gələn komandanın üzvləri doğma arenasında hazırlaşır.
 
Qeyd edək ki, "Airport" oteldə məşkunlaşan komanda gündə iki dəfə olmaqla məşqə çıxır. Səhər Mərdəkanda dəniz qırağında fiziki hazırlıq keçən futbolçular axşam Şüvəlandakı stadionda məşq edir.
 
Lakin komandanın sıralarında hazırda iki aparıcı futbolçusu yer almır. Bunlar mərakeşli Zohair Benuahi ilə latviyalı Ritus Krjauklisdi. Onların ən geci iyunun 13-də klubun düşərgəsinə qoşulması gözlənilir.
 
Qeyd edək ki, AZAL iyun ayının 15-dək bu qrafiklə hazırlaşacaq. Toplanış müddətində komandanın iki yoxlama oyununda qüvvəsini sınayacağı da gözlənilir. Rəqiblərin kimliyi hələ məlum olmasa da, matçlardan birinin ayın 12-də baş tutacağı dəqiqdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail