"Bakı" Parisdə

17.11.2013 | 3759 dəfə oxunub

"Bakı"nın U-15 komandası Fransada keçirdiyi təlim-məşq toplantısı davam edir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Parisə səyahət edən gənc futbolçularımız paytaxtın tarixi güşələrini gəzərək, ətraflı ekskursiya proqramı çərçivəsində Eyfel qülləsinə qalxaraq, şəhərə quş uçuşu gözü ilə baxıblar. Sena çayını qayıqla keçən futbolçular şəhər bulvarını dolaşdıqdan sonra Monmartrı ziyarət ediblər.

Bir günlük paytaxt gəzintisindən sonra Lansa qayıdan futbolçularımız klub prezidenti Jerve Martellə görüşüblər. Cənab Martel azərbaycanlı qonaqları salamlayaraq, onlara gələcək fəaliyyətinlərində uğurlar arzulayıb.

Ardından komandamız sayca ikinci yoxlama oyununa çıxıb. Lanslı həmyaşıdları ilə qarşı-qarşıya gələn U-15 komandamız maraqlı keçən oyunda 0-4 hesabı ilə məğlub olub.

U-15 komandamızın təlim-məşq toplantısı daha 1 həftə davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail