"Azərbaycanla oyun bizim üçün böyük təcrübə olacaq"

18.11.2013 | 4382 dəfə oxunub

"Bu matç ilin son oyunu olacaq. Bu baxımdan Azərbaycanla görüş bizim üçün çox vacibdir. Futbolçular artıq çox yorulublar. İstirahətə ehtiyacları var. Son oyunda yaxşı nəticə qazanmağa çalışacağıq. Azərbaycanla oyundan sonra futbolçular istirahətə yollanacaqlar". Stadium.az xəbər verir ki, bu sözləri Qırğızıstan millisinin baş məşqçisi Sergey Dvoryankov yığmamızla keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin top komanda olduğunu bildirib: "Nəinki Azərbaycan millisi Avropa zonasının istənilən yığması bizim üçün top komandadır. Heç kəsə sirr deyil ki, digər komandaların sərgilədiyi oyunu biz son zamanlar nümayiş etdiririk. Ona görə bu görüş bizim üçün böyük təcrübə olacaq".

Qırğızıstan - Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail