"Nədənsə, qol vura bilmirik" MÜSAHİBƏ

23.11.2013 | 4336 dəfə oxunub

"Simurq"un gənc yarımmüdafiəçisi Nicat Qurbanov Stadium.az-a müsahibə verib.


- "Simurq" üç xalı qazana bildi. Ancaq çox çətin alındı. Niyə?

- Oyunun çətin olacağını gözləyirdik. Çünki "Sumqayıt" gənc oyunçulardan yığılmış komandadı. Hər oyuna da özlərini göstərmək üçün çıxırlar. Buna hazır idik. Əsas odu qələbə qazana bildik.

- Son vaxtlar "Simurq" mövsümün əvvəlindəki oyununu göstərə bilmir. Deyəsən, komandanın gücü tükənib...

- Mən elə deməzdim. Bu il çempionatımız həqiqətən də çox maraqlı keçir, zəif rəqib yoxdu. Sadəcə biz "qara zolağa" düşmüşdük. İnşAllah bu qələbənin ardı gələcək. Hələ heç nə itirilməyib. Gələcək oyunlar bundan da yaxşı olacaq.

- Ancaq bu cür qeyri-stabil gedişlə komandanın mükafatçılar sırasına düşəcəyi inandırıcı deyil. Sən necə düşünürsən?

- Bizim komanda stabil oynayır. Sadəcə oyunlarda bizim bir az bəxtimiz gətirmir. Nədənsə, qol vura bilmirik. Düşünürəm ki, gələcək turlarda bu çətinliyi də aradan qaldıracağıq.

- Belə çıxır ki, hücumçular vəzifəsinin öhdəsindən gələ bilmir. Ya da ki, komandada forvard çatışmır?

- Yox sadəcə. Hər hücumçu bu çətin vəziyyətə düşə bilər. Biz Draqan Cerana inanırıq. Çox güclü hücumçudu.

- Çempionatda pis oynamırsan. Təkliflər var?

- Xeyr. Çünki mən "Neftçi"yə məxsusam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail