"Qəbələ"nin yubiley qələbəsi

25.11.2013 | 4377 dəfə oxunub

Topaz Premyer Liqasının XIV turunda AZAL-ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ölkə çempionatlarının güclülər dəstəsində 50-ci qələbəsini qazanıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2006/07 mövsümündən yüksək liqada çıxış edən “qırmızı-qaralar” yubiley qələbəsinə 109-cu matçda nail olub. 

Öz meydanında 25 heç-heçə və 34 məğlubiyyəti də olan qəbələlilər çempionatdakı ev matçlarında 130-cu qolu da vurub. Bu topun müəllifi Leonardo da Silva olub. Bu 109 matçda qonaqlar 94 dəfə fərqlənib.

“Qəbələ” çempionatda ilk ev qələbəsini 2006-cı il noyabrın 27-də qazanıb. Həmin vaxt “Gilan” adlanan komanda “Gənclərbirliyi”ni məğlub edib – 2:0. 2010-cu il oktyabrın 16-da qeydə alınan “Muğan” üzərində eyni hesablı qələbə isə 25-ci olub.

Ümumilikdə isə bütün yarışlarda üst-üstə 281 oyun keçirən “Qəbələ” 120-ci dəfə meydanı qalib kimi tərk edib. Bunların 83-ü Premyer Liqa, 22-si I dəstə, 15-i ölkə kubokuna təsadüf edib.

Bundan başqa, “qırmızı-qaralar”ın bir sıra uğurlu seriyaları diqqət çəkir. Ardıcıl 5 oyundur öz meydanındakı qarşılaşmaları qol vurmadan tərk etməyən Yuri Syominin yetirmələri son 2 görüşdə qonaqları “quru” hesabla məğlub edib. Komandanın polşalı qapıçısı David Pietrzkeviç isə son 2 matçda qol buraxmamaqla “Qəbələ”dəki 2-ci “quru” matçını keçirib.

Qələbə qolunun müəllifi Leonardo da Silva mövsümdə 5-ci dəfə fərqlənib. Bununla da o, komandanın 2013/14 mövsümündə ən məhsuldar futbolçusu olub. Braziliyalı legioner 4 qol vuran Daniyel Subotii arxada qoymağı bacarıb. Klubda ilk mövsümünü keçirən Leonardo “Qəbələ” karyerasında 5 və daha çox qol vuran 24-cü futbolçudur. Bütün qollarını Premyer Liqada vuran legioner çempionatda ən azı bu qədər qol sevinci yaşayan 16-cı oyunçudur.

AZAL-la qarşılaşma Luis Hilarionun Premyer Liqada 75-ci oyunu olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail