Sxadadzenin 100-cü qələbəsi

25.11.2013 | 4009 dəfə oxunub

Topaz Premyer Liqasının 14-cü turunun “Neftçi” ilə oyunundakı 3:1 hesablı qələbə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olub. Gürcüstanlı mütəxəssis Azərbaycandakı fəaliyyəti dövründə 100-cü qələbəsini qazanıb.


2008-ci ildə “Standard”ın baş məşqçisi kimi ölkəmizdə debüt edən Sxadadze iki paytaxt təmsilçisində baş məşqçiliyi dövründə 210-cu oyununda 100-cü dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub. Bu qələbələrdən 89-u “İnter”, 11-i “Standard”da qeydə alınıb. İlk klubunda bütün qələbələrini çempionatda qazanan mütəxəssis “İnter”də 68 dəfə Premyer liqa, 11 dəfə Azərbaycan kuboku, 5 dəfə Birlik kuboku və 5 dəfə avrokuboklarda qələbə sevinci yaşayıb. 7-ci mövsümündə 100-ə çatan çalışdırıcı ilk qələbəsini 2008-ci il martın 16-da “Standard”ın “Bakı” ilə səfər oyununda qazanıb – 1:0.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail