"Araz"ın futbolçusuna Rusiya və Qazaxstandan təklif gəldi

26.11.2013 | 4337 dəfə oxunub

Futzal üzrə milli komandamızın və "Araz"ın futbolçusu Vitali Borisov karyerasını yenidən ölkə xaricində davam etdirə bilər.


Stadium.az xəbər verir ki, 31 yaşlı futzalçıya Rusiya və Qazaxstan klublarından təklif gəlib.

 

Təcrübəli oyunçunu Rusiya Premyer Liqasında yarışan "Tyümen" onunla yaxından maraqlanır. "Araz"ın aparıcı üzvünü ona yad olmayan "Dina"da heyətinə qatmağa çalışır.

 

2008/2009 mövsümündə bu komandanın heyətində Rusiyada uğurlu çıxış edən Vitalinin keçmiş klubuna hansı cavab verəcəyi dəqiq bilinmir.

 

Borisovu istəyən digər komanda isə daha iddialıdı. Avropa və dünya futzal arenasında uğurlu çıxış edən solaxay futzalçı "Kayrat"ın təklifini dəyərləndirəcək.

 

Qazaxstan klubunun braziliyalı məşqçisi Rikardo Kamara Borisovun oyununu bəyənir və onu öz komandasında görmək istəyir. Naxçıvan klubunun Vitalini başqa kluba verəcəyi isə inandrıcı görünmür. Çünki futbolçu hazırda "Araz"ın aparıcı üzvüdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail