"Hafiz Məmmədovu çox istəyirəm"

26.11.2013 | 4738 dəfə oxunub

Bir ara "Bakı"da legionerlərin sayı indikindən də çox idi. 2010/2011 mövsümündə "Bakı"ya başçılıq edən Vinfred Şafer Afrikadan tanıdığı futbolçuları da heyətə cəlb etmişdi. Onlar arasında Joel Epalle başda olmaqla Dare Nibambe də var idi.

 

Adıçəkilən sonuncu futbolçu "Bakı"ya həmin vaxtı Rumıniyadan gəlmişdi. Toqo millisinin sabiq üzvü "Timişoara"dan imtina edib, "zolaqlılar"ın futbolçusu olmaq istədi.

 

Ucaboy stoper tez-tez səhv etmələri yadda qalmışdı. "Bakı"da uğur qazana bilməyən Şafer bir mövsüm sora iş yerini dəyişdi. Elə onun gedişi ilə gətirdiyi futbolçular da ölkəmizi tərk etməyə başladı.

 

Nibambe də Almaniyanın yolunu tutdu. "Arminiya" ilə müqavilə imzalayan toqolu bu yaxınlarda Stadium.az-a açıqlama verib. Müdafiəçinin bütün söhbəti klub prezidenti haqda olub: "Mən Hafiz Məmmədovu çox istəyirəm. O, həmişə bizimlə maraqlanır, kömək olurdu. Ona görə də onun bizim yolumuzda etdiyi gözəllikləıri deməliyəm. “Bakı”ya məni Şafer çağırmışdı. Ancaq gərək heç oradan ayrılmazdım. Düşündüm ki, Şafer gedər yaxşı olar. Amma elə olmadı. "Bakı"da qalmağı çox istəyirdim. Çünki ora gələndə mənim məqsədlərim var idi. Həyata keçirə bilmədik”.

 

Hazırda müdafiəçi Belçikanın ikinci liqa təmsilçisi "Borinage"də forma geyinir. Amma o, Azərbaycandan əl çəkmək istəmir və yenidən burada oynamağı düşünür: "Azərbaycanda yaxşı pul var. Amma məmim üçün pulun önəmi o qədər də çox deyil. Əsas odu ki, lazım olan pulumu alırdım. Orada qazandığım məbləği nə “Timişoara”, nə də "Mons"da qazanmışam. "Arminiya"ya keçidim elə də uzun çəkmədi. Bəlkə qalsaydım yaxşı qazanardım. Amma Bilfild komandası da "Bakı"nın verdiyi qədər pul verməyib. Özümü yenidən Azərbaycanda sınamaq istəyirəm. Açığı, "Bakı"dan gedəndən sonra bir dəfə geri qayıtmaq şansım oldu. Sadəcə paytaxt klubu deyildi. Adı da yadımda deyil. Gəlmədim. Səhv etdim. Gərək gəlib oynayardım. Bakı yadımda yaxşı qalıb. Gəlib, Hafiz Məmmədovla görüşmək istəyərdim. Başqa da heç nə".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail