“Rəvan” 90-a, Şahin Diniyev 170-ə çatdı

27.11.2013 | 4840 dəfə oxunub

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Rəvan” çempionatın lideri olan "Qarabağ”la üz-üzə gəldi. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qonaq meydanında oynasaq da, bu görüşdə 1 xal qazana bildilər. Belədə ardıcıl ikinci, cari mövsüm 6-cı görüşdə "sülh” bağladıq.

"Qarabağ”la ardıcıl ikinci səfər matçında qolsuz bərabərə qalan "Rəvan" bununla indiyə qədər iştirak etdiyi turnirlərdə toplam 30-cu dəfə "sülh” bağladı. Bu heç-heçələrin 7-si I diviziona, 21-i Premyer Liqaya, 2-si isə ölkə kubokuna təsadüf edir.

Tofiq Bəhrəmov adına Respublika stadionunda qazanılan 1 xal həm də 2 yubileyə səbəb oldu. Belə ki, komandamız Premyer Liqada səfər oyunlarında 40-cı, ümumilikdə isə 90-cı xalını əldə etmiş oldu. Cari mövsüm səfərdə ilk dəfə heç-heçə edən "Rəvan” bununla qonaq meydanındakı 3 oyunluq məğlubiyyət seriyasına son qoydu.

Daha bir maraqlı məqam görüşü idarə edən Rauf Cabbarovla bağlıdır. Belə ki, Cabbarov Premyer Liqa çərçivəsində ikinci dəfə "Qarabağ” – "Rəvan” görüşündə ədaləti qorudu və oyun yenə də 0:0 hesabı ilə başa çatdı. Bu həm də Cabbarovun cari mövsüm komandamızla yollarının kəsişdiyi ikinci hal oldu. Maraqlısı budur ki, ilk halda (AZAL) da qol vurulmamışdı.

Görüşün ikinci hissəsində meydana çıxan əsas kapitan Ramazan Abbasov isə Premyer Liqada ən çox "Rəvan” forması geymiş futbolçuya çevrildi. Belə ki, cari mövsüm 11-ci matçına çıxan kapitanımız toplamda 56-cı dəfə Premyer Liqada "Rəvan” forması ilə oynadı. Bu nəticə ilə o, Samuel Barlayın nəticəsini təkrarladı.

"Qarabağ”la heç-heçə baş məşqçimiz Şahin Diniyev üçün də əlamətdar oldu. Təcrübəli mütəxəssis ölkə çempionatlarında 170-ci xalını qazandı. "Rəvan”da hələ ki 3 xal əldə edən Diniyev daha öncə "Qarabağ-Azərsun”la 101, "Gəncə” ilə isə 66 xal əldə etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail