"Neftçi" - "Bakı": bir təpik, bir yumruq, iki qol - YAZI

Səviyyəsiz çempionatın səviyyəsiz hərəkətləri

14.12.2010 | 4014 dəfə oxunub

İbrahim Karqboya vurulan sillə və təpik əslində klub prezidentinə ünvanlanmış ismarıc idi

rn

"Bakı"nın gec-tez köhnə dostuna badalaq vuracağını təxmin edirdim. Hafiz Məmmədovun komandasının bu hərəkəti əzəli dostlarının yavaş-yavaş nala-mıxa vurmasına görə edəcəyini düşünürdüm. Belə ki, çempion olmaq üçün gözü ayağının altını seçməyən "Neftçi" rəhbərliyi insanlarda illərdən bəri "ağ-qaralara" olan sevgini alt-üst etməyə nail olub. Demək olar ki, nəinki Premyer Liqa təmsilçilərinin, hətta sadə futbolsevərlərin də bu komandaya anti-patiyası formalaşıb. Çünki...

rn

Azərbaycanda bir "ilk"

rn

Azərbaycan çempionatında komandalar ya həddsiz dərəcədə güclü olmalıdı ki, qızıl medallara sahib çıxsın, ya da rəqiblərinin razılığını almalıdı. Həddsiz-hüdudsuz gücün belə bəzən effektiv olmadığını nəzərə alsaq, onda çempionluğa gedən yolun az əvvəl qeyd etdiyim məsələdən asılı olduğunu düşünə bilərik. Bildiyiniz kimi, Premyer Liqanın hər bir komandasının, daha doğrusu, 6-7 iştirakçısının arxasında böyük, çox böyük güc durur. AFFA şefi Rövnəq Abdullayevlə yanaşı, Mübariz Mənsimov, Cahangir Hacıyev və başqa tanınmış şəxslərin ölkə futbolunda var olması, çempionluğa gedən yolun nə qədər çətin olmasının göstəricisidi. Maraqlıdı ki, təxminən 10 illik dönəm ərzində ilk dəfə "Neftçi" rəhbərliyi güc balansını hesablamadan, "burda mənəm, Bağdadda rəhmətlik Səddam Hüseyn" deyib, qızıl medallara sahib çıxmaq istəyir. İlkə imza atmaq yaxşı şeydi, amma etdiyin ilkin nə olduğunu gərək dəqiq biləsən. Məsələn, tarixə Şah İsmayıl da iz salıb, eyni zamanda spirtli içkinin dozasını qaçırıb hansısa kilsəni yandıran da. Sadəcə, onların arasındakı fərq böyükdü. İndi klub rəsmilərinin etmək istədiyi "ilkin", özü də biabırçı ilkin növünü özünüz müəyyənləşdirin. Demokratik, sivilizasiyanın var olduğu ölkədə qol gücünə, onun-bunun boynunu sındıraraq çempion olmağın mümkünlüyünü mən deyil, siz müəyyənləşdirin. Müəyyənləşdirərkən unutmayın ki, boyu tez çıxanın, eləcə də yersiz boy göstərənin boynunu tez sındırırlar. Məğlubiyyət deyil, onu həzm etməmək biabırçılıqdı.

rn

AZAL - "Neftçi" oyunundan sonra Sadıq Sadıqov hakimlərin otağına gedərək... Ardı hamıya məlumdu. "Neftçi"nin qələbə qazanmasına kömək etmədiyinə görə, Elçin Məmmədov Allaha dua etməlidi ki, indi sağ-salamatdı. Elə Rövşən Əhmədov da salamatdı. Axı Əhmədov əyninə "Neftçi" forması geyinib, "Bakı"ya qol vura bilməzdi! Referi ən yaxşı halda öz-özünə yıxılan "Neftçi" futbolçusuna görə "zolaqlılar"ın qapısına  penalti təyin edə bilərdi ki, Sadıq bəyin yetirmələri rəqibin qapısının həndəvərinə belə yaxınlaşmadan Əhmədovu xətadan-bəladan uzaq tutdular. Sağ olsunlar! "Neftçi" canını yaxşı qurtardı. 0:2 hesablı yenilgi onlar üçün qələbəyə bərabər idi. Axı hesab 0:5 də ola bilərdi. Çünki "Bakı" rəqibini biabırçı yenilgiyə uğratmağa xeyli yaxın idi. Hadisələrin sonrakı axarını müəyyənləşdirmək elə də çətin deyildi. Axı heç-heçəni belə həzm edə bilməyən "Neftçi" rəhbərliyi məğlubiyyəti qəbul edə bilməzdi. Həngamə qopmalı idi, qopdu da.

rn

İbrahim Karqbo vuruldu, yoxsa...?

rn

"Bakı"dan söhbət açılarkən yada düşən ilk insan Hafiz Məmmədovdu. Klub prezidenti olsa da, sadəliyi ilə insanların qəlbini fəth edən Hafiz bəyin "Neftçi" üzərindəki qələbədən sonra üzü gülmədi, sevinə bilmədi. Çünki İbrahim Karqboya vurulan sillə və təpik əslində klub prezidentinə ünvanlanmış ismarıc idi. Yəni, "Neftçi"nin kimliyi bilinməyən təhlükəsizlik xidməti əməkdaşının "Bakı"nın oyunçusunu vurması klub prezidentinin döyülməsi anlamı daşıyır. Axı "Bakı" adlı klubu bir ailə hesab etmək olar. Ailənin uşağının günahsız yerə vurulması, evin kişisinin adına yaxşı heç nə gətirmir. "Neftçi" - "Bakı" qarşılaşmasının ardından məğlubiyyət və liderliyin əldən getməsi ev sahibi komandanı cin atına mindirdi. Meydandakı oyunu ilə yenilgidən başqa heç nə əldə edə bilməyən "ağ-qaralar" söhbəti meydandan kənarda davam etdirmək qərarına gəldi. Təsəvvür edirsiz də sonrasını. Dəhşət! Maraqlıdı ki, hətta Hafiz Məmmədovla Rövnəq Abdulлayevin dostluğu belə bu hərəkəti edənləri çəkindirmədi. Nəticədə 11 dekabr tarixi Məmmədovla - Abdullayevin dostluq tarixcəsinə qara hərflərlə düşdü.

rn

Çempionluğa gedən yol kimisə döyməkdən keçmir!

rn

Tarixinin ən pis dönəmini yaşayan "Bakı" önündə "Neftçi" bərbad oynadı. Çempionluğa oynayan komanda çempionluğun "Ç" hərfini dilə gətirməyən komanda qarşısında sanki tökülüb-itirdi. Tökülüb-itdiyinə görə də uduzdu, liderlikdən oldu, liderliyə yüksəlişi hansı yollarla əldə etdiyini ictimaiyyətə göstərdi. "Neftçi"nin təhlükəsizlik xidmətinin əməkdaşının özünü normal aparmadığını, sivil qaydalara riayyət etmədiyini, gec-tez hoqqa çıxaracağını təxminən 1 həftə öncə qeyd etmişdim. İctimaiyyəti də agah etmişdim. Dəqiq bilirdim ki, özlərini qoçu sayan, təbii ki, rəhbərliyin izini ilə gücündən hüdudsuz istifadə edən bu şəxslər nəinki çempionatın adına, hətta ölkənin də imicinə mənfi zərbə vuracaq hərəkət etməyə xeyli yaxınlaşıblar. Lazımı instansiyalar yazdıqlarıma fikir vermədilər və nəticədə "Bakı"nın İbrahim Karqbo adlı futbolçusu günahsız yerə döyüldü. Hüquq-mühafizə orqanı əməkdaşlarının, PFL-in təhlükəsizlik xidməti əməkdaşlarının gözləri önündə. Xahiş edirəm, izah edəsiz! Hesab etmirəm ki, çempionluğa, yaxud Azərbaycan futbolunda monopoliya yaratmaq üçün, vahid güc və ən güclü olmaq üçün mütləq bu addım atılmalı idi. Atıldı. İddia eləmirik, bəlkə də "Neftçi" rəhbərliyinin üstüörtülü göstərişi ilə.

rn

Deməyin ki, olub-bitənlərdən bixəbərsizsiz. Nəbadə bunu dilə gətirəsiz! Bu iddiaya inanmaq üçün heç nə bəs etməz. Təhlükəsizlik xidməti əməkdaşına bu qədər sərbəstlik verməsəydilər, belə hərəkət etməzdi. Dünən Jan-Klod Van Dam, Ceki Can, rəhmətlik Brüs Li, o cümlədən, Dədə Qorqud mobil telefonuma zəng etmişdilər. İradlarını bildirdilər. Dedilər ki, gecə-gündüz mətbuatımızı izləyirlər və "Neftçi" əleyhinə gedən yazılardan yaman narahatdılar. Xahiş etdilər, "baş üstə" dedim və yola verdim. Əminəm ki, yaxın günlərdə ABŞ prezidenti Barak Obama, Rusiyanın baş naziri Vladimir Putin, o cümlədən Türkiyə başbakanı Rəcəb Tayyip Ərdoğan da təxminən oxşar məzmunlu xahişlə qapımı döyəcəklər. Mümkündüsə, bu xahişləri klubun rəsmi internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlansın. Hər halda adlarını çəkdiyim şəxslərin nüfuzu heç də orda pafoslu çıxış edənlərdən geri qalmır.

rn

RƏŞAD FƏRHADOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail