Endi Koul "Bakcell Arena"da uşaqlarla görüşəcək

02.12.2013 | 3867 dəfə oxunub

Qarşıdan gələn yeni il münasibətilə "Bakcell" şirkəti "Futbol Bakcell ilə" layihəsinin iştirakçısı olan uşaqlarla görüşmək üçün İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Endi Koulu Bakıya dəvət edib. Futbolçu ilə uşaqların görüşü dekabrın 3-də, saat 15:00-da, "Bakcell Arena"da təşkil olunacaq. Tədbirdə həmçinin Azərbaycan milli komandasının və "Bakı" futbol Klubunun qapıçısı Kamran Ağayev iştirak edəcək.
Görüşdən sonra jurnalistlər üçün brifinq keçiriləcək.
Bu il mayın 1-də start götürmüş "Futbol Bakcell ilə" layihəsi çərçivəsində Bakı şəhərindəki 6, Sumqayıt və Gəncə şəhərlərinin isə hərəsində 2 meydançada AFFA-nın təyin etdiyi məşqçilərin rəhbərli altında uşaqlar mütəmadi qaydada məşq edirlər.
Qeyd edək ki, Endryu Aleksandr Koul 1971-ci ildə İngiltərənin Nottinqem şəhərində anadan olub. Ampluaca hücumçu olan Endi Koul "Arsenal", "Fulhem", "Bristol Siti", "Nyukasl Yunayted", "Blekbern Rovers", "Mançester Yunayted", "Portsmut", "Mançester Siti", "Birmingem", "Sanderlend", "Bernli", "Nottinqem Forest" klublarında, həmçinin İngiltərə milli komandasında çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail