“Qarabağ”ın tarixində görünməmiş rekord

02.12.2013 | 4180 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu tarixinin rekorduna imza atıb. Stadium.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında ardıcıl 12-ci səfər matçında xal qazanıb. Zaqatalada “Simurq”la qolsuz heç-heçə edən ağdamlılar sonuncu dəfə məhz bu rəqibə uduzmuşdu. Bu il martın 12-də səfərdə “Simurq”a məğlub olan “Qarabağ” həmin vaxtdan rəqib meydanlarını xalsız tərk etmir. Son 12 səfər matçında 7 qələbə qazanan və 5 heç-heçə edən Qurbanovun yetirmələri 1993/94  mövsümündəki rekordunu arxada qoyub. Həmin vaxt “Qarabağ” ardıcıl 11 səfər oyununda uduzmamışdı.

12.03.2013

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

1:0

07.04.2013

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:2

21.04.2013

Bakı - Qarabağ (Ağdam)

0:1

28.04.2013

Qəbələ - Qarabağ (Ağdam)

0:2

09.05.2013

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:0

04.08.2013

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:2

25.08.2013

Qəbələ - Qarabağ (Ağdam)

0:1

13.09.2013

Rəvan (Bakı) - Qarabağ (Ağdam)

1:1

28.09.2013

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0

20.10.2013

Sumqayıt - Qarabağ (Ağdam)

0:3

27.10.2013

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

0:3

09.11.2013

AZAL (Bakı) - Qarabağ (Ağdam)

1:1

30.11.2013

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

0:0

Ümumilikdə isə Azərbaycan rekordu “Şəmkir”ə məxsusdur.  Qərblilər ardıcıl 23 səfər matçını məğlubiyyətsiz tərk edib. “Kəpəz”in 19, “İnter”in 15 məğlubiyyətsiz səfər oyunu var. “Qarabağ”ın rekordu isə bu siyahıda 8-ci yerdədir.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail