Azərbaycan və Türkiyə millisi qarşı-qarşıya-YENİLƏNİR

14.06.2011 | 3940 dəfə oxunub

Bu gün Bakıda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunmuş Caspian Cup beynəlxalq turnirində qrup mərhələsinin son turunun oyunları keçirilir. Stadium.az xəbər verir ki,
turnirin A qrupunda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan, B qrupunda isə İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan yığmaları mübarizə aparır.

Günün ilk iki oyununda Özbəkistan Qırğızıstanla, Qazaxıstan isə Tacikistanla münasibətlərinə aydınlıq gətirib. İlk iki oyunlarında məğlub olan bu komandaların hamısı son oyunda sadəcə qrup sonuncusu olmamağa çalışırdılar. Bu mübarizədən isə Qazaxıstan və Özbəkistan yığmaları qalib ayrılıb.

Günün son qarşılaşmaları isə daha böyük maraqla gözlənilir. A qrupunda ilk iki oyununu başa vurmuş Türkiyə və Azərbaycan yığmaları finala vəsiqə uğrunda mübarizə aparacaq. Türklərə bu görüşdə heç-heçə də sərf edəcəksə, komandamız mütləq qələbə qazanmalıdı.

B qrupunda isə İspaniya və Gürcüstan yığmaları həlledici oyuna vəsiqə uğrunda mübarizə aparacaq.

Caspian Cup
14 iyun (çərşənbə axşamı)

A qrupu

Özbəkistan – Qırğızıstan - 7:0
Şağan Olimpiya İdman Kompleksi.
Hakimlər: Həsənov Rəhim, Hüseynov Namiq, Qənbərov Vüsal, Həsənov Etibar.

17:00. Azərbaycan – Türkiyə
“Dalğa Arena”.
Hakimlər: Salmanov Anar, Acalov Elşən, Haşımov Mübariz, Diniyev Ramil.
1 Türkiyə 2 2 0 0 9 - 0 6
2 Azərbaycan 2 2 0 0 7 - 2 6
3 Özbəkistan 3 1 0 2 9 - 10 3
4 Qırğızıstan 3 0 0 3 0 - 13 0


B qrupu

Qazaxıstan – Tacikistan - 2:1
“Dalğa Arena”.
Hakimlər: Əhmədov Ramil, Əliyev Nahid, Quliyev Ruslan, Məmmədov İnqilab.

19:30. İspaniya –Gürcüstan
“Dalğa Arena”.
Hakimlər: Cabbarov Rauf, Musatkin Aleksandr, Əmiraslanov Knyaz, Məmmədov Orxan.
1 İspaniya 2 2 0 0 14 - 0 6
2 Gürcüstan 2 2 0 0 8 - 1 6
3 Qazaxıstan 3 1 0 2 3 - 14 3
4 Tacikistan 3 0 0 3 1 - 11 0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail