"Xəzər Lənkəran": Kubokda 70-ci dubl

06.12.2013 | 4329 dəfə oxunub

Azərbaycan kubokunda özünün 10-cu – yubiley mövsümünə 1/8 final mərhələsindən başlayan “Xəzər Lənkəran” “Neftçala”nı 4 cavabsız qolla keçdi. Bu qələbə bir sıra maraqlı məqamlarla əlamətdar oldu. Görüş debüt, yubileylər və ilklə tarixə düşdü.
 
3-cü türkiyəli
 
“Ağ-yaşıllar” yeni təyin olunan baş məşqçi Mustafa Dənızlinin rəhbərliyi altında ilk rəsmi matça çıxdı. Çalışdırıcı komandanı meydana çıxaran 11-ci mütəxəssis kimi tarixə düşdü. Daha 4 çalışdırıcının baş məşqçi kimi bu funksiyanı yerinə yetirdiyini nəzərə alsaq, ümumilikdə Dənizli 15-ci oldu. Tanınmış mütəxəssis Rasim Kara və Cüneyt Biçərdən sonra “Xəzər Lənkəran”ın 3-cü türkiyəli baş məşqçisidir. Onların daha bir həmyerlisi Şenol Fidan isə məşqçi kimi 3 oyunda komandaya rəhbərlik edib.

51-ci darmadağın
 
“Xəzər Lənkəran” yarandığı 9 ildən artıq müddət ərzində 51-ci dəfə rəqibini 3 və ya daha çox top fərqilə məğlub etdi. Komanda ölkə kubokunda 12-ci böyükhesablı qələbəsini rəsmiləşdirdi. Bu həm də “ağ-yaşılların Azərbaycan kubokunda evdə keçirdiyi 28-ci matçda əldə etdiyi 20-ci – yubiley qələbəsi oldu.
 
70-ci dubl
 
Kubok matçı 2 dublla əlamətdar oldu. Komandamızın heyətində artıq bir matçda belə uğur əldə edən Mbilla Etame özünün 2-ci dublunu rəsmiləşdirdi. Ondan 2 dəqiqə sonra dubl müəllifi olan Sadio Tounkara isə ilk dəfə buna nail oldu. Bununla da o, klub tarixinə dubla imza atan 38-ci futbolçu kimi düşdü. Sadionun dublu həm də “Xəzər Lənkəran”lı futbolçuların ümumilikdə 70-ci dubludur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail