"Hamı ilə münasibətim yaxşıdı" MÜSAHİBƏ

08.12.2013 | 3975 dəfə oxunub

"Orduspor"da çıxış edən millimizin hücumçusu Branimir Subaşiç Stadium.az-a müsahibə verib. 

-  Banya, "Samsunspor"u məğlub etdiniz. Oyun haqda fikilərin maraqlı olardı...

-  Oyunun çətin keçəcəyini bilirdik. Çünki “Samsunspor” evində çox yaxşı oynayır. Bizə üç xal vacib olduğundan sona kimi oynayıb qələbə qazanmalı idik. Bunu əldə etdik.

- Qol vurulan epizodda üzünü tutdun. Nə olmuşdu?

-  Müdafiəçi mənə dirsəklə zərbə endirdi. Ağrıdan üzümü tutdum.

-  Bir qol vurdun ondan sonra nəsə davamı gəlmir...

- Oyundu, hərdən qol vurursan hər dən də assist edirsən. Mənim üçün əsas olan komandamın qələbəsidi. Hücumda “Orduspor” adına hər şey edirəm.

-  Bəlkə, yarımmüdafiəçilər səni topla təmin etmək istəmir?

- Yox, nə dəxli varki? Onlarla komanda yoldaşıyam. Lazım olanda ötürmə verirlər. Hamımız komandanın Superliqaya çıxması üçün oynayırıq.

- Bu inandırıcıdı?

-  Əlbəttə. İnanıram ki, Superliqaya yüksələn komandalardna biri də elə biz olacağıq.

- Baş məşqçi ilə soyuq münasibətdəsən deyəsən?

- Yox, hər şey qaydasındadı. Futbolumu oynayıram. Hamı ilə də münasibətim yaxşıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail