Asif Məmmədov: "Xəzər Lənkəran" daha əvvəlki komanda deyil" MÜSAHİBƏ

09.12.2013 | 4687 dəfə oxunub

“İnter”in hücumçusu Asif Məmmədovun Stadium.az saytına müsahibəsi:

- Asif, “Xəzər Lənkəran”la oyunu necə dəyərləndirirsən?

- Həqiqətən ağır oyun oldu. Hava şəraiti də hər iki komandanın yaxşı oyun göstərməsinə mane oldu. İstədik qələbə qazanaq, amma alınmadı.

- Nəticədən narazısan?

- Əlbəttə, narazıyam. Biz meydana ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Ancaq “Xəzər Lənkəran” da artıq əvvəlki komanda deyil. Buna görə də, 0:0 hesablı nəticəni ədalətli sayıram. Deyə bilmərəm ki, tam olaraq biz qələbəyə layiq idik.

- Düşünürsən ki, Mustafa Dənizlinin gəlişi “Xəzər Lənkəran”I dəyişib?

- Məncə lap çox dəyişib. Bu komanda əvvəlki oyunlardakı kimi çıxış etmədi, daha ağıllı futbol oynadılar. Qısa zaman olsa da, məşqçi işi özünü açıq şəkildə göstərir.

- Çempionata pis başlasaz da, son turlarda yaxşı çıxış edirsiz…

- Komanda da ciddi dəyişikliklər olmuşdu. Yəqin yeni futbolçular indi adaptasiya olur. Bir-birimizi daya yaşı başa düşdükcə, nəticələr də yaxşı olacaq.

Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail