"Ebesilio ilə bir-birimizi çox gözəl başa düşürük"

09.12.2013 | 4453 dəfə oxunub

"İnanılmaz oyun idi. Mövsümdə ilk dublumu rəsmiləşdirdim. Qələbəyə görə çox sevincliyəm. Komandamız ikinci hissədə xarakter nümayiş etdirdi. İlk qolu vursaq da, qapımızda sanssız şəkildə qol gördük. Amma ruhdan düşmədik, sona qədər döyüşdük. Düşünürəm ki layiqli qələbə qazandıq."


Stadium.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 16-cı turunda "Simurq"la matçda dubl edən "Qəbələ"nin futbolçusu Daniel Subotiç klubun saytına açıqlamasında deyib. 

Bu mövsüm qollarının sayını 6-a yüksəldən hücumçu uğurlu statististikasının davam etməsinə görə şad olduğunu bildirib. 

"Komandam mənim qol vurduğum oyunların hamısında qələbə qazanıb. Bu uğurlu statistikanın davam etməsinə görə çox şadam. Önəmli olan komandamın qalib gəlməsi və xal ehtiyatını zənginləşdirməsidir. İnanıram ki, qol vurmağa və qələbə qazanmağa davam edəcəyik. "Simurq" üzərində qələbəmiz çox çətin və maraqlı alındı. Son anda qol vurmaq insana fərqli duyğular yaşadır. Matça 3 dəqiqə əlavə olundu, amma biz sona qədər qələbəmizə inandıq. Ebesilio ilə bir-birimizi çox gözəl başa düşürük. O, mənim əlverişli mövqedə olduğumu vaxtında gördü və  gözəl ötürmə verdi. Mən də üzərimə düşəni etdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail