"Şahin Diniyevin gəlişindən sonra oyunumuzda dəyişiklər var" MÜSAHİBƏ

09.12.2013 | 6503 dəfə oxunub

"Rəvan"ın futbolçusu Hüseyn Axundov Stadium.az-a müsahibə verib. 

 - Üç xala çox yaxın olduğunuz halda, sonda məğlubiyətlə başa vurdunuz Nə baş verdi?

-  Öncə onu deyim ki, indiki çempionatda zəif komanda yoxdu. Hamı meydana qələbə üçün çıxır. Meydanda da sona kimi mübarizə aparır. Qələbəmizə mane olan əsas səbəb elə AZAL oldu. Onlar yaxşı komandadı. Həm də külək işimizi əngələ salırdı. Uduzmağımıza səbəb diqqətsizliyimiz oldu. Son saniyələrdə buraxılan iki qola başqa səbəb gətirmək olmur.

Qol vurdun. Amma deyəsən, heç gözləmirdin. Hətta qol epizodunda da bu aydın görünürdü...

- Desəm ki, oyundan öncə qol vuracağıma inanırdım yalan olar. Həmin epizodda zərbədən sonra topa baxırdım. Heç top qapıya getmirdi. Külək də topun istiqamətini dəyişdi. Sonradan gördüm ki, qapıdadı.

- Sabiq komandana qarşı oynayırdın. Xüsusi hazırlaşmışdın?

- Yox mən AZAL-a nəsə sübut edəsi deyildim. Sadəcə digər rəqiblərlə müqayisədə AZAL-la matçda daha məsuliyyətli hiss edirdim özümü. Amma yenə qayıdaq sübut etmək məsələsinə. Mən onlarla dalaşıb getməmişəm ki? Yəni onlarla bir küskünlüyüm də yox idi. Müqaviləm bitdi ayrıldım. Normal şəkildə.

- Qayıdaq oyuna. Üç xalı qazanmağınıza bəlkə arxayınçılıq mane oldu?

- Yox arxayınçılıq deyildi. Sadəcə diqqətsizlik üç xalı əlimizdən aldı. Oyunun sonuna yaxın konsentrasiya itir.

- Bu görüşdən sonra 9-cu pillədə qaldınız. Xal ehtiyatını da artıra bilmədiz. Bundan sonra “Rəvan”ın taleyi necə olacaq?

- Komandanın hazırda 9-cu pillədə olmağı nə məni, nə də rəhbərliyi qane edir. Oyunu yaxşı oynayırıq, sadəcə xal çaıtşmır.

- Şahin Diniyevin gəlişi də köməklik etmir...

- İçi mən daxil olmaqla komandada hamı görür ki, Ş,ahin Diniyevin gəlişindən sonra oyunumuzda müsbət tərəfə dəyi.şikik var. Demirəm əvvəlki məşqçilərimiz pis idi. Amma mənə elə gəlir ki, Şahin müəllimin taktikasını daha datez qavraya bildik. İnanıram ki, qışdan sonra daha yaxşı nəticələr verəcəyik.

- Yarımmüdafiəçi olsanda, müdafiəniun sağ cinahında oynayırsan. Səni sıxmır ki?

- Yox, mənim üçün istənilən yerdə oynamaq rahatdı. Baş məşqçi harada məsləhət bilsə, oynayacam. Müasit futbolda müdafiəçilər hücuma daha çox kömək edir. Mən də bu cür oynamağı sevirəm.

- Qışdan sonra da “Rəvan”da qalacaqsan? Yoxsa, təkliflər var?

- Yalandan nə deyim ki. Təklifim yoxdu. Məni indi düşündürən “Rəvan”ın bu cür gedişidi. İnşallah bu durumdan komandanı özümüz çıxaracağıq. Hələ ki, heç yerə getmək fikrim yoxdu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail