"Xəzər Lənkəran" planın dəyişdi

10.12.2013 | 4753 dəfə oxunub

Topaz Premyer Liqasının VXI turu çərçivəsindəki “İnter”lə oyundan sonra bir günlük sərbəst buraxılan “Xəzər Lənkəran” komandasının məşq planlarında dəyişiklik edilib. Stadium.az xəbər verir ki, bu gün doğma şəhərə qayıtmalı olan “ağ-yaşıllar” daha bir gün paytaxtda qalacaq və sabah Lənkərana yola düşəcək. Məlumatlara görə ləngimənin məqsədi futbolçuların daha bir gün istirahət etmələrinə şərait yaratmaqdır. 

Komanda 10-gün fasiləsiz hazırlıqdan sonra bir gün istirahətə buraxılmışdı. Həmçinin “Xəzər Lənkəran” doğma şəhərdə də 20-dekabr tarixinə qədər qalmalı olacaq. Beləliklə, ümumilikdə 20-günlük hazırlığın içində futbolçulara 2-gün istirahət verilməsi məqsədəuyğun sayılıb. “Xəzər Lənkəran” sabah, dekabrın 11-də səhər saatlarında doğma şəhərə yollanacaq və “Rəvan”la oyunun hazırlıqlarını orada davam etdirəcək. 

XVII turdakı “Xəzər Lənkəran” – “Rəvan” qarşılaşması dekabrın 15-də Lənkəran şəhər stadionunda keçiriləcək.

Mənbə: 12cioyuncu.info
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail