Sumqayıtda 3-cü avtoqol
Topaz Premyer Liqasının XVI turu 2 avtoqolla əlamətdar olub. Stadium.az xəbər verir ki, arxada qalan 15 turun 75 qarşılaşmasında 3 futbolçu öz qapısına qol vurmuşdusa, bu dəfə 2 oyun günündə eyni sayda avtoqol qeydə alındı.
Mövsümün 4-cü, turun ilk uğursuzu Amit Quluzadə oldu. “Qəbələ”li futbolçu “Simurq”la ev oyununda öz qapısına qol vurdu. Növbəti belə hadisə isə yenə Sumqayıtda qeydə alındı. Mövsümün ilk 2 avtoqoluna ev sahibliyi edən arenada bu dəfə meydan sahibləri sevindi. “Bakı”nın legioneri Mario Alvarez öz qapısına qol vurdu.
Xatırladaq ki, mövsümün ilk 2 avtoqolu “Sumqayıt”ın ev oyunlarında meydan sahibləri tərəfindən gerçəkləşmişdi. Adil İbrahimov “İnter”lə, Anar Nəzirov “Qarabağ”la matçda belə uğursuzluq yaşamışdı. Digər uğursuz isə “Bakı” ilə matçda “Neftçi” azarkeşlərini üzən Erik Ramos olmuşdu.
Quluzadənin qolu milli çempionatlar tarixində 121-ci, Alvarezinki 122-ci avtoqol oldu. Hər 2 futbolçu Azərbaycan çempionatlarında ilk dəfə belə halla rastlaşdı. Klublara gəlincə isə “Bakı” 8-ci, “Qəbələ” 2-ci dəfə rəqibi üçün qol vurdu. “Simurq” 6-cı, “Sumqayıt” isə ilk dəfə rəqib qolundan yararlandı.
Alvarez legionerlərin 36-cı avtoqolunun müəllifi oldu. “Bakı”nın legioneri həm də buna üzülən 2-ci ispaniyalıdır. Mariodan əvvəl Xuan Fransisko (AZAL) bu il fevralın 16-da, məhz “Bakı” ilə oyunda qapısına qol vurmuşdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |