"Rəvan"la oyundan sonra başa düşdüm ki, futbolu sona kimi oynamaq lazımdı"

10.12.2013 | 4666 dəfə oxunub

"Rəvan"la çətin oyun oldu. Hava şəraiti də öz oyunumuzu oynamağa imkan vermirdi. Biz göstərdik ki, futbolu son dəqiqəyə kimi oynamaq lazımdı. Son dəqiqəyə kimi mübarizə apardıq. İstəyimizə də çatdıq".

Bu sözləri Stadium.az-a açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Cavid Tağıyev deyib.

Gənc futbolçu daha sonra səmimi etiraf da etdi. Tağıyev "Rəvan"la görüşün son dəqiqələrinə kimi komandasının qələbəsinə inanmırmış: "Düzünü deyim 90-cı dəqiqədə artıq oyunun 1:0 "Rəvan"ın qələbəsilə bitəcəyini fikirləşirdim. Amma Şəhriyar Rəhimov hər şeyi alt-üst etdi. Həqiqətən də futbolu sonadək oynamaq lazımdı. Bunu bir daha başa düşdüm".

Qarışıdakı turda AZAL "Simurq"la oynayacaq. Qonşu pillələrdə qərarlaşan komandaların oyunun maraqla keçəcəyini gözləmək olar. Cavid də matçın final ab-havasında keçəcəyinə inanır: "Neçə oyun idi ki, qələbəyə həsrət qalmışdıq. Ancaq "Rəvan" üzərindəki qələbə əhval-ruhiyyəmizi yaxşılaşdırdı. "Simurq" səfərindən də xalla ayrılacağımıza əminəm".

Bir ara "Xəzər Lənkəran"a keçəcəyi ilə bağlı xəbərlər dolaş Cavid məsələ ilə bağlı danışıb: "Düzü, keçən il təkliflər var idi. AZAL-la müqaviləm olduğuna görə, qaldım komandada. Çempionatın sonuna çox var. İnşallah gözləyirəm. Xeyirlisi olar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail