Hansı futbolçu AFFA-nın təklifini rədd etdi?!

11.12.2013 | 6483 dəfə oxunub


Azərbaycan millisinə türk əsilli futbolçuların dəvət olunması artıq adi hal kimi qarşılanır. Berti Foqtsa qədər əsasən braziliyalı, afrikalı futbolçular milliləşdirilirdisə, alman məşqçinin gəlişi ilə türklərin kütləvi şəkildə azərbaycanlılaşdırılması başladı.

Stadium.az xəbər verir ki, hazırda millidə Uğur Pamuk, Ufuk Budak, Ali Gökdemir, Cihan Özkara kimi türk futbolçular var. Düzdü, onların arasında elələri də olur ki, öz gələcəkləri naminə AFFA-nın təklifini qəbul etmirlər. Eddi İsrafilov, Jilion Hamadı bu siyahıya aid etmək olar. Əldə etdiyimiz məlumata görə, hazırda “Çaykur Rizəspor”da forma geyən Cenk Güvenç ötən il millimizdən dəvət alıb. Ancaq 21 yaşlı müdafiəçi tərəddüd etmədən AFFA-nın təklifinə “yox” deyib. Səbəb isə həmin vaxt futbolçunun Madrid “Atletiko”suna getməsi olub. Məhz buna görə, Cenk Azərbaycanın şərəfini qorumaqdan imtina edib.

Almaniyada doğulan türk əsilli futbolçunun maraqlı tarixçəsi var. Belə ki, futbola 7 yaşında “Kikker Ofenbax”da hücumçu kimi başlayan Güvenç daha sonra qapıdan başqa bütün mövqelərdə çıxış edib. “Bavariya”, “Hamburq”, “Şalke” kimi nəhənglərə qarşı oynayan müdafiəçi Almaniya millisindən dəvət almasına baxmayaraq, Türkiyəni seçib. Həmin ərəfədə doğma vətənindən kifayət qədər transfer təklifi alan Cenk Arda Turanın da vasitəçiliyi ilə “Qalatasaray”la razılığa gəlsə də, sonda fikrini dəyişib.

Ancaq valideynləri doğma məmləkətləri İzmirə qayıtdıqdan sonra futbolçu da 2009-cu ildə Türkiyəyə gəlib və “Qaziantepspor”la (9 oyun) 3 illik müqavilə imzalayıb. Türk klubu ilə yolları ayrıldıqdan sonra isə “Atletiko”nun B komandasına yollanıb. İspaniyada cəmi 1 oyunda meydana çıxan müdafiəçi cari ilin yayında yenidən Türkiyəyə qayıdıb və “Çaykur Rizəspor”la 2 illik sazişə imza atıb. Hələ ki, Qara dəniz təmsilçisinin heyətində rəsmi oyuna çıxmayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail