AZAL baxışa 3 futbolçu dəvət etdi

16.06.2011 | 3962 dəfə oxunub

rn AZAL ölkəmizi təmsil edəcəyi Avropa rnLiqasının hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, rnpaytaxt təmsilçisi elə Bakıda təşkil olunan təlim-məşq toplanışına daha 3rn yeni futbolçu dəvət edib.
rn
rn  
rn
rn Bunlar hamısı Balkan ölkələrinin rntəmsilçiləridi. Mərkəz müdafiəçisi Neboja Skoplyak və hücumçu Marko rnPaviçeviç Serbiyadan gəlib. Yarımmüdafiəçi olan Jetmir Sefa isə rnAlbaniyadan dəvət olunub.
rn
rn  
rn
rn Qeyd edək ki, 1987 təvəllüdlü rnSkoplyakın son klubu "Novi Pazar" olub və bu komandaya kimi "Radnicki" rnvə "OFK Beograd"da forma geyib. Paviçeviç isə 1986-cı ildə anadan olub rnvə son klubu "Sloboda Sevojno" olub. Sefa da gənc futbolçu hesab oluna rnbilər. Cəmi iki klubda ("Tirana" və "Skenderbeu") top qovmuş bu futbolçurn daha çox Albaniyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının rnşərəfini qorumasıyla diqqət çəkir. O, hətta əsas millidə də çıxış edir. 
rn
rn  
rn
rn Adıçəkilən futbolçuların hamısı rnməşqçilər korpsu tərəfindən baxışdan keçiriləcək və yaxın günlərdə rngələcək aqibətlərinə dəqiq aydınlıq gəlmiş olacaq. Maraq üçün xatırladaqrn ki, hazırda “təyyarəçilər” daha bir serbiyalı hücumçunu sınaqdan rnkeçirir ki, daha öncə gələn Vladimir Cilas artıq bir neçə gün öncə rntələbələrdən ibarət komanda ilə 4:3 hesabı ilə bitən görüşdə pokerə imzarn atmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail