Rövnəq Abdullayev "Barselona"nın Bakıya gəlməsindən danışdı

13.12.2013 | 4878 dəfə oxunub

AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA kuboku turnirinin final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı affa.az saytına fikirlərini bildirib. Stadium.az xəbər verir ki, AFFA prezidenti təmsilçimizin inamlı çıxış edəcəyinə inandığını bildirib: "Araz" klubunun futzal üzrə UEFA kuboku turnirində final mərhələsinə vəsiqə qazanması bizi çox sevindirdi. Bunu ölkəmizdə futbolun inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirmək lazımdır.
Final mərhələsinin oyunlarını Bakıda təşkil etmək istədiyimizi AFFA adından  dərhal UEFA-ya bildirdik.  Avropa futbol qurumu təklifimizi cavablandırmaq məqsədilə UEFA ekspertlərini paytaxtımıza ezam etdi və onlar AFFA nümayəndələri ilə birgə müvafiq monitorinq apardılar. UEFA İcraiyyə Komitəsinin dekabrın 12-də keçirilmiş iclasında monitorinqlə bağlı hesabat təqdim olunub və sevindirici haldır ki, Avropa futbol qurumunun İcraiyyə Komitəsi futzal üzrə UEFA kubokunun final mərhələsinin Bakıda təşkil olunması barədə qərar çıxarıb. Bununla əlaqədar olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Təbii ki, belə bir qərarın qəbul olunmasında FIFA U-17 qadınlararası dünya çempionatının 2012-ci ildə ölkəmizdə yüksək səviyyədə keçirilməsi də mühüm rol oynayıb. İnanıram ki, final mərhələsinin oyunlarının keçirilməsi ilə bağlı yaradılacaq UEFA və AFFA-nın təşkilat komitələri  işinin öhdəsindən layiqincə gələcək, "dördlər finalı" yüksək səviyyədə təşkil olunacaq və   ölkəmizin   mötəbər turnirlərə ev sahibliyi etməsinə daha böyük  zəmin yaradacaq".
“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları 2014-cü ilin aprel ayında Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail