"Neftçi"yə qayıdıb-qayıtmayacağımı bilmirəm" - AÇIQLAMA

16.12.2013 | 4569 dəfə oxunub

"Neftçi"dən "Rəvan"a icarəyə verilən Kamil Nurəhmədov indi əsas heyətə düşə bilmir. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində “İnter” kimi komandaya qarşı əsas heyətdə mübarizə aparan gənc futbolçunun "Rəvan"a əsas heyətə düşə bilməməsi açığı adamı düşündürür.

Bunun səbəblərini öyrənmək üçün elə futbolçunun özü ilə danışdıq. Kamil Stadium.az-a açıqlamasında hazırki vəziyyətindən narazı görünürdü: "Bilmirəm necə cavab verim. GƏləndə hər şey yaxşı idi. Komanda ilə birlikdə təlim-məşq toplanışında oldum və özümü yaxşı tərəfdən göstərdim. “Sumqayıt”la oyuna çıxıb qol da vurdum. Qələbə qazandıq. Düşünürdüm ki, əsas heyətdə oynayaram bundan sonra. Ancaq qarşıdakı turda heç “18-liy”ə salmadılar. Heç nə də demədilər. Kimin günahkar olmağının isə mənim üçün fərqi yoxdu. Məşqçi dəyişikliyi də oldu. Hər şey öz təsirini göstərir".

Müqavilə ilə “Neftçi”yə məxsus olan Kamil qışda komandaya qayıdıb-qayıtmayacağını bilmir: “Hələ heç nə bilmirəm. “Neftçi”yə qayıdıb-qayıtmayacağımı bilmirəm. Başqa variantlar da var. Bir yerli, iki xarici klub məni istəyir. Düşünürəm ki, bu barədə danışmaq erkəndi. İndi rəsmi olaraq “Rəvan”In oyunçusuyam. Baxaq görək həmin variantlardan hansı məsləhət olsa, onu da edəcik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail