AZAL Rusiya millisinin üzvünə "elçi düşdü"

16.12.2013 | 4859 dəfə oxunub

Hələ ki, Vaqif Sadıqov AZAL-ın baş məşqçi postundadı. Təcrübəli mütəxəssis qışa kimi komandada qalsa, heyətə bir neçə futbolçunu dəvət edəcək. Əsasən də hücum mövqeyində problemləri olan “təyyarəçilər”in bir neçə forvadı diqqətdə saxlayıb.

Stadium.az xəbər verir ki, AZAL-ın baxışa çağıracağı ilk hücumçu rusiyalı olacaq. Özü də qonşu ölkədə yetərincə tanınmışdı. Hətta Rusiyanın ikinci yığma komandasındada forma geyinib. Söhbət Aleksey Sapoqovdan gedir.

1988-ci ildə Kemerovski oblastda doğulan Saşanın ilk klubu elə oranın “ŞİSP Leninsk”I olub. Ardınca “Lokomotiv”ə keçən Sapoqov daha sonra “Torpedo”da da oynamaq şansı tapıb. 2007/2008

“Zelenoqrad”, 2009/2010 “Volqa” (Tver), 2001/2012 “Qornyak” macərasından sonra forvard ilk dəfə “Volqa”nın heyətində Premyer Liqada çıxış edib. Nijni Novqorod klubunda bir mövsümə 22 oyuna çıxıb 8 qol vuran Sapoqov gözlənilmədən karyerasını başa vurduğunu açıqlayıb. “Volqa”da nümayiş etdirdiyi oyunu ilə hətta Rusiyanın əsas milli komandasına namizəd olan Sapoqovoun bu qərarı çoxları üçün şok olmuşdu. Futbolçu səbəbi belə izah edirdi: “Mənim hazırkı komandam “Volqa”, məni istəyən başqa klubla danışığa müsbət baxmadı. Özüm isə Nijni Novqorodda qalmaq istəmirəm. Qərara almışam ki, karyeramı başa vururam. Bunu necə izah edə bilərəm? Bu Rusiya futboludu, düz söz deyəni sevmirlər”.

Amma Sapoqov artıq futbola qayıtmaq qərarı alıb. İndi harada məşq etdiyi isə maraqlıdı. “Anji”də! Özü də Hacı Hacıyevin yanında. Deməli, Hacıbəy futbolçunu çağırıb ki, gəl burada məşq elə və özünə gəl. Sonra da göndərim get AZAL-da oyna, əvvəlki formanı yığ. Bir az da olsa. Onsuzda orada dostum Vaqifdi.

Vaqif Sadıqovla Hacı Hacıyevin yaxın münasibətdə olmasını çoxları bilir. İndi Sapoqovun qışda Azərbaycan Premyer Liqasında çıxış edəcəyi gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail