AFFA-nın baş katibi: "Avropa komandaları ilə danışıq olmayıb"

17.12.2013 | 3337 dəfə oxunub

“Hesab edirəm ki, seçimlər ədalətli idi”. Stadium.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 O bildirib ki, 2013-cü il Azərbaycan futbolu üçün uğurlu alınıb: “Hamısını təbrik edirik. Belə bir söz var ki, oyunu şəxslər, turniri komanda udur. Fərdi mükafatlar gözəldir, ancaq önəmli olan komandanın uğurudur. 2013-cü il bizim üçün yaxşı alındı”. 

 Məmmədov milli ilə bağlı planlara da toxunub: “Ola bilər ki, DÇ-2014-ə gedən komandalardan biri ilə yoldaşlıq oyunumuz olsun. Amma bu rəsmi matç olmayacaq. Polşa ilə oyun məsələsini mətbuatdan oxudum. Ümumiyyətlə, Avropa komandaları ilə danışıq olmayıb. 2014-cü ilin təqvimində yoldaşlıq matçları azdı. Əsasən xarici ölkələrə toplanışlar zamanı yoxlama matçları keçirtməkdə maraqlıyıq. Milli oyunlarını yalnız “Bakcell Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda da keçirəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail