"Lans"a getməyimi Milinko Pantiç klub rəhbərliyinə məsləhət görüb" MÜSAHİBƏ

17.12.2013 | 5035 dəfə oxunub

"Bakı"nın gənc futbolçusu, "Lans"a gedəcəyi gündəmdə olan Mahir Mədətov Stadium.az-a müsahibə verib.


- Yayda əsas komandaya cəlb edildin. Milinko Pantiç özü də sənin oyununu bəyəndiyini etiraf etmişdi. Ancaq sonradan əsas komandanın deyil, gah U-19-un, gah da əvəzedici heyətdə oyunlara çıxdın. Niyə belə oldu? Bəlkə Pantiçin sənə inamı azalıb?

Bu cür deməzdim. Sadəcə yəqin ki, məşqçi məndə nəyinsə çatışmadığını görüb. Deməli daha çox məşq etməli və öz üzərimdə işləməliyəm. Sadəcə çox cavan olduğumdan mənə güvənmir. Təcrübəsizliyimdən irəli gəlir. İnşallah daha çox məşq edib, Pantiçə mənə güvənə biləcəyini sübut edəcəm. Pantiç məni əsas heyətin məşqlərinə cəlb edir. Deməli inamı var və məndən nəsə gözləyir.

- Sənə şans verməməyi bəlkə U-19un heyətində qırmızı vərəqə almağınla əlaqədar idi?

- Yox bununla bağlı olduğunu düşünmürəm. Həm də orda qırmızılıq bir şey yox idi. Oyun aqressiv keçdi.  Bir anda müdafiəçidən topu oğurladım qol vurdum və qışqıraraq sevindim. Hakim də elə bildi ki, söydüm kimisə.

- Pantiç nə deyir? Söhbətin olub?

- Biz hər həftə əvəzedici heyət və əsas komanda yoldaşlıq oyunu keçiririk. Demək olar ki, oyunların çoxunda məni əsas komandaya çağırırb şans verir Pantiç. Onunla söhbətim olmayıb. Düzü mən bir az ondan çəkinirəm. Adicə salam verməyə utanıram. Söhbətimiz olub, yaxşı məsləhətlər verib. Ən əsası da yadımda bir şey qalıb. Dedi ki, “bil özün nə olmaq istəyirsən və haralardı sənin məqsədin”.

Bir ara “Atletiko”ya gedişin gündəmdə idi. Niyə alınmadı?

- Açıq danışım məqsədim Azərbaycan Premyer Liqası deyil. “Bakı” mənim üçün sadəcə tramplindi. Legioner həyatı yaşamaq istəyirəm və şükür bu şansdı. Dəqiq heç nə deyə bilmərəm. Baş məşqçi Pantiç klub rəhbərliyi ora getməyimin daha doöru olduğu qərarına gəlib. Narazı deyiləm. Çünki “Lans” da böyük klubdu.

- Yəni deyirsən ki, Pantiç “Atletiko”ya deyil “Lans”a getməyinə məsləhət bilib?

-  Bəli. Çünki “Atletiko”ya getsəm B komandasında oynayacaqdım. Belə isə “Lans”ın əsas komandasına gedirəm.

-  Nə vaxt gedirsən “Lans”a?

Deyirlər ki, ondan qabaq əsas komandaynan təlim-məşqə gedəcəm “Bakı” ilə. Sonra da “Lans”a göndərəcəklər. Amma bunlardan qabaq U-19 yığma komandamızla Valentin Qranatkin turnirə yollanacam.

- "Lans"ın oyunlarını izləmisən? Özünü bu komandada görürsən?

- Düşünürəm ki, sadəcə bir az tez fikirləşib qərarı erkən vermək lazımdı. Ağıllı oynamaq lazımdı, bunu da bacarıram. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.07.2020

12:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:10  "Latsio" - "Milan" - 0:3 VİDEO

04.07.2020

13:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03.07.2020

01:53  "Real" - "Xetafe" - 1:0 VİDEO

02.07.2020

02:05  "Spal" - "Milan" - 2:2 VİDEO

01.07.2020

15:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:20  "Torino" - "Latsio" - 1:2 VİDEO

30.06.2020

14:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.06.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə