"Xəzər Lənkəran"a "gün çıxdı"

19.12.2013 | 4320 dəfə oxunub

Topaz Premyer Liqasının XVIII turu çərçivəsində dekabrın 20-də “Sumqayıt” klubunu qəbul edəcək “Xəzər Lənkəran” cari ilin son oyununa hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki ,bu gün səhər saatlarından etibarən Lənkəranda hava şəraitinin normallaşması “ağ-yaşıllar”ın yenidən doğma meydançada məşq etməsinə imkan verib. 

Saat 11:00-da ehtiyat meydançada başlayan və saat yarım davam edən hazırlıq prosesinə bütün futbolçular qatılıb. hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdur.

Bir gün əvvələ qədər yağan yağışlar stadionun əsas və ehtiyat meydançalarının ot örtüyünün korlamışdı. Belə olan halda isə komanda növbəti məşqlərini Lənkəran şəhərinin İnşaatçılar məhəlləsində yerləşən idman kompleksinin süni örtüklü qapalı zalında keçirməyi planlaşdırırdı. Lakin ehtiyat meydançada məşq etmək mümkün olunca komanda qapalı zaldan imtina edib.

12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail