"Neftçi" Mahirlə Bertuççinin dava etməsinə rəsmi münasibət bildirdi

19.12.2013 | 5346 dəfə oxunub

Bir neçə gün əvvəl saytımızda xəbər yazmışdıq ki, “Neftçi”də dava düşüb. “Qarabağ”la oyundan sonra komandanın iki müdafiəçisi - əks cinahların oyunçuları olan Mahir Şükürovla Bruno Bertuççi dava edib. Əvvəlcə meydanda cərimə zərbəsi vurmaq üçün mübahisə edən tərəflər daha sonra paltardəyişmə otağında əlbəyaxa dava ediblər. Bu məsələnin saytımızda yazılması isə klubda böyük rezonans doğurub. Məhz bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə redaksiyamızla əlaqə saxlayaraq olayın belə olmadığını anlatmağa çalışdı: “Bunu sizə kim deyib, bilmirəm. Tam əminliklə deyə bilərəm ki, belə bir dava olmayıb. Hə, futbolçular meydanda cərimə zərbəsi vurmaq üçüb mübahisə ediblər və bu mübahisə paltardəyişmə otağında da olub, amma əlbəyaxa dava düşməyib. Bertuççi həm vərəqə limitini doldurmuşdu, həm də zədəsi vardı. Cəzalı duruma düşdüyü üçün “Qəbələ”ylə oyunu buraxırdı. Həkim də bildirdi ki, zədəsinə görə süni meydanda oynamamalıdır. Qarşıdakı AZAL-la oyun isə süni meydanda olacaq. Buna görə də baş məşqçimiz Nazim Süleymanov onun braziliyaya gedib müalicə almasına razılıq verdi. Bertucci klubumuzun futbolçusudur və verilən vaxtda da düşərgəmizdə olacaq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail