"Xəzər Lənkəran" "Neftçi"yə qol vuranı alacaq?

20.12.2013 | 7164 dəfə oxunub

Mustafa Dənizli gəlsə belə, “Xəzər Lənkəran”da problemlər qalmaqdadı. Təbii ki, türkiyəli mütəxəssisin komandanı düzəldəcəyinə ümid böyükdü. Lənkəranlı azareşlər ona çox inanır. Eləcə də klub rəhbərliyi. 

Komandanın qeyri-stabil çıxış etməsinin əsas səbəblərindən biri də hücum xəttinin dişsiz olmasıdı. Nə Mbila Etame, nə də Nildo "Xəzər"in istədiyini verə bilmir. Stadium.az xəbər verir ki, Lənkəran klubu qışda heyətə forvard cəlb edəcək. Təbii ki, qışda keçiriləcək təlim-məşq toplanışları zamanı çox sayda oyunçular baxışdan keçəcək. Amma indidən komandaya gətirilə biləcək bir futbolçunun adı var.

Lənkəran yaxşı tanıdığı "Vasluy"dan oyunçu almaq istəyir. Menecerlər komandaya Mike Temvanyeranı məsləhət görüb. 

1982-cü ildə Zimbabvedə dünyaya göz açıb. Ölkəsində "CAPS United"də oynadıqdan sonra Avropaya qaçıb. Əksər həmyerliləri kimi. İlk dayanacağı isə Serbiyada İvanjiça şəhəri olub. Şəhərin “Yavor” klubu afrikalıya qollarını açıb. Forvarddan xeyir ala bilməyən klub onu birinci liqa klubu "Boraç"a verib. Bir il də Serbiyada oynadıqdan sonra "Vasluy" Mikeni heyətinə cəlb edib.

Gəldiyi gündən “Vasluy”da əsas heyətdə oynayan zimbabveli komandaya dərhal öyrəşib. Həm yerli çempionatda, həm də avrokuboklarda komandasının vacib qollarını vurub. "Vasluy"un heyətində keçmiş intertoto kubokunun oyunu çərçivəsində "Neftçi"yə qarşı forma geyinib. Bakıda 1:2 hesabı ilə məğlub olduqları oyunda Mike 85 dəqiqə meydanda olsa da qol vura bilməyib.

Rumıniyada keçirilən ikinci görüşdə isə afrikalı işinin öhdəsindən lazımınca gəlib. 2008-c ilin iyul ayında hesab 1:0 olarkən “Neftçi”nin qapısından ikinci qolu keçirirərək onlara “gülə-gülə” deyib.

İndi isə 31 yaşlı hücumçunun Azərbaycanda çıxış etmək şansı çıxıb. Mustafa Dənizli də rəhbərikdən forvardın alınmasını istədiyindən Mikenin qışda baxışa gələcəyi gözlənilir. Cüssəli forvard “Vasluy”da 350 min avro qazanır.



  #1   Adınız: remis ;   E-mail: ---

20.12.2013 19:14

xezer 7 1 NEftki

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail