«İnter» Almaniyada beynəlxalq turnirdə iştirak edəcək

17.06.2011 | 4907 dəfə oxunub

İyulun 23-dən 25-dək Almaniyanın Qüterslo şəhərində uşaqlar arasında "Opel Fricke Cup 2011" beynəlxalq turniri keçiriləcək. Stadium.Az rnxəbər verir ki, 3 yaş qrupunda - U-9, U-11 və U-13 - təşkil olunacaq yarışda Bakı "İnter"inin U-11 komandası (2011-ci il təvəllüdlü futbolçular) da iştirak edəcək.

rnTurnirin formatı bir qədər mürəkkəbdi. Belə ki, 30 iştirakçı komanda hər qrupda 5 komanda olan 6 qrupa bölünüb və qrupların qalibləri, qruplarda 2-ci yeri və 3-cü yeri tutmuş 6 komandadan əlavə göstəricilərə görə daha üstün olan 4 kollektiv medallar uğrunda mübarizə aparacaq. Qalan 14 komanda aşağı yerlər uğrunda top qovacaq.
rnBirinci qrup mərhələsinin yekunlarına görə ən güclü komandalar hər qrupda 4 komanda olmaq şərtilə 4 qrupa ayrılacaq. Pley-off mərhələsinə vəsiqəni hər qrupun iki ən yaxşı kollektivi qazanacaq. Sonra 1/4 final oyunları, yarımfinal və 3-cü yer uğrunda qarşılaşmalar və final matçı keçiriləcək. Məhz bu sistemlə də birinci qrup mərhələsinin uğursuz çıxış edən komandaları müəyyənləşdiriləcək.
rnQeyd edək ki, "İnter" "DSC Delbrück", "BV Westfalia Wickede", "DJKrnMastbruch" və "SC Westfalia Herne"rnklublarının mübarizə aparacaqları qrupa düşüb. Bakı klubu ilk matçını iyunun 23-də keçirəcək. "İnter"in rəqibi "DSC Delbrück" komandası olacaq.
rnƏlavə edək ki. turnirin reqlamentinə əsasən U-11 komandaları hər hissəsi 10 dəqiqədən ibarət olmaqla iki hissə meydanda mübarizə aparacaq.
rn"Opel Fricke Cup 2011" turnirində alman klublarından başqa İngiltərə, Çexiya, Polşa, Belçika, Rusiya və Ukrayna təmsilçiləri də iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail