Çixrazdze: "Şahin Diniyevlə heç bir problem yaşamadıq"

20.12.2013 | 4607 dəfə oxunub

“Komandam yaxşı oyun göstərdi, 3:0 hesabı ilə qalib gəldik. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Futbolçularıma mövsümün ilk yarısına görə təşəkkür edirəm, Yeni il münasibəti ilə hamını təbrik edirəm. Oyunda Şahin Diniyevlə heç bir problem yaşamadıq, futbolçuların bir-birinə qarşı sərt oynadığı epizoda reaksiya göstərdim. Çempionatda asan oyun, asan rəqib yoxdur. Qol vurana kimi oyun çox çətin gedirdi, hesabı açdıqdan sonra isə daha rahat oynadıq". Stadium.az xəbər verir ki, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqanın 18-ci turunda "Rəvan"la oyundan (3:0) sonra deyib.

O, qış fasiləsində heyətə 1:2 yeni futbolçu cəlb edəcəklərini bildirib: " Komandanı gücləndirmək həmişə lazımdır. Fasilədə heyətimizə 1-2 yeni futbolçu cəlb edəcəyimizə ümid edirəm. Bu, həm rəqabəti, həm də oyun keyfiyyətimizi artırmaq üçün lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail