Şahin Diniyev: "Acınacaqlı haldayıq"

20.12.2013 | 4016 dəfə oxunub

"Komandamın oyunu haqqında nəsə demək çətindir. Futbol adına heç nə olmadı, “Simurq” layiqli qələbə qazandı. Komanda verilən tapşırıqları yerinə yetirmədi. Acınacaqlı haldayıq. Qış fasiləsində mütləq güclənməlyik. Hər bir mövqedə oyunçuya ehtiyac var. Bu heyətlə ciddi uğura nail olmaq olmaz. Komanda uğur qazanmaq istəyirsə irəli baxmalıdır".

Stadium.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 18-ci turunda "Simurq"la oyundan (0:3) sonra deyib.


O bildirib ki, rəqib hər bir cəhətdən onlardan üstün oyun nümayiş etdirib: "Uduzmağı bacarmaq lazımdır. Hakimlərin qərarını müzakirə etmək istəmirəm. Bəla bizim komandanın oyunundadır. Komandam sanki donmuş futbolçulardan ibarətdir. Oyunumuzda nə fikir, nə də hərəkət var idi”.

Təcrübəli mütəxəssis komandasının qış planı haqda da danışıb: "Artıq qış planımız hazırdır. Yanvarın 5-də Bakıda toplaşıb, 8 günlük hazırlıqdan sonra Antalyaya yollanacağıq. Türkiyədə 4 yoxlama oyunu keçirəcəyik. Bugünkü oyun zəif nöqtələrimizi tam göstərdi. 6-7 mövqeyə yeni oyunçular transfer olunmalıdır. Komandanın heyətində dəyişikliklər qaçılmazdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail