«Bakı» «Qarabağ»dan 150 min manat istəyir

17.06.2011 | 6459 dəfə oxunub

"Bakı" klubu futbolçusu Bəxtiyar Soltanovun "Qarabağ"a keçidi üçün təzminat tələb edib.

rnrn

Fulbolçu "Qarabağ"la razılığa gəlsə də, onun Ağdam klubuna keçidi ləngiyir. Stadium.Az-ın müxbiri ilə söhbətində "Bakı"nın icraçı direktoru Yaşar Seyidov deyib ki, Bəxtiyarla aralarında heç bir problem yoxdur. Yaşar müəllim məsələylə bağlı bunları deyib: "Sadəcə, UEFA-nın oyunçuların statusu ilə bağlı qaydasına əsasən, hər hansı klubun yetirməsi olan futbolçu 23 yaşına qədər başqa komandaya keçərsə, buna görə təzminat ödəməlidir. Bu qaydanın müqaviləyə dəxli yoxdur. Yəni, futbolçunun müqaviləsi ola da bilər, bitə də bilər. Bunun heç bir fərqi yoxdur. Oyunçu müəyyən olunmuş yaş dövrünə qədər həmin kluba kompensasiya ödəməlidir. Özünüz fikirləşin, klub rəhbərliyi həmin oyunçunun yetişməsi üçün milyonlar xərcləyir. İndi onun aldığı maaşın cüzi bir hissəsini tələb etməklə, çox şey istəmir ki".

rnrn

Seyidov bu məsələdən həm Bəxtiyar Soltanovun, həm də "Qarabağ" rəhbərliyinin xəbərdar olduğunu söyləyib: "Soltanov da, "Qarabağ" rəhbərliyi də bunu çox gözəl bilir. Ümumiyyətlə, bütün peşəkar komandalar UEFA-nın bu qaydasından xəbərdardılar. Ancaq yenə deyirəm, bizim Bəxtiyar Soltanovla heç bir problemimiz yoxdur. İstədiyi klubda çıxış edə bilər. Sadəcə, bayaq dediyim tələb yerinə yetirilmək şərtilə".

rnrn

Seyidov tələb olunan kompensasiyanın məğləğini açıqlamayıb.

rnrn

Bununla belə, aldığımız məlumata görə, təzminatın məbləği 150 min manatdır.



  #1   Adınız: Salih;   E-mail: ---

17.06.2011 23:56

Bati yaxsi futbolcudu, amma baki onu qedrini bilmedi. Baki bu
gun gonderir, sabah da dusub dalina dala qaytarmaq isteyir.
Elvin kimi, ali aydan sonra da Bextiyarin dalina dusecekler

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail